Nizami-mks.az > --- > Struktur

Struktur


11-05-2011, 23:53. Разместил: admin
Xətai rayon MKS-in direktoru Quliyev Oruc İslam oğlu.

Direktor müavini: Atayeva Elmira Sultan qızı.

Xətai rayon MKS-ə daxil olan şöbələr


Struktur


Şöbənin işi oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməkdən ibarətdir. Şöbə kitabxana yaranan gündən fəaliyyət göstərir. Şöbənin fondu bədii və elmi ədəbiyyatla zəngindir və buradan ayrı-ayrı oxucu qrupları istifadə edir. Şöbədə əlifba və sistemli kataloq vardır. Fondda “Açıq rəf”-də sərgilənən kitablar oxucuların marağına və kitab seçməsinə geniş şərait yaradır. Şöbədə oxucuların maraq dünyasına və əlamətdar hadisələrə həsr olunmuş və yeni alınmış ədəbiyyatın sərgiləri nümayiş olunur.
Şöbə plan əsasında fəaliyyət göstərir və əsas oxucuları gənclərdən ibarətdir. Şöbədə oxucuların tələbatına uyğun kitablar olmadıqda Vahid fonddan və İnternet xidmətindən istifadə olunur.
Şöbədə kitablar oxuculara şəxsiyyət vəsiqəsilə ilə kartoçka açılmaqla 1 ay müddətinə evə verilir və vaxtında qaytrılmayan kitabların geri qaytarılması üçün müxtəlif tədbirlər görülür. Şöbənin fondunun zənginləşdirilməsi üçün lazımi ədəbiyyatın üzə çıxarılması və sifariş olunması, eləcə də fondun lazımsız ədəbiyyatdan təmizlənməsi üçün mütəmadi iş aparılır, MKS-in strukturuna daxil olan digər kitabxanalarda xidmətin təşkilinə rəhbərlik edir.

Struktur



Şöbənin müdiri: Mövsümova Ruqiyyə İskəndər qızıdır


Vahid fond və kitabxanalararası abonoment şöbəsi

Şöbə MKS yarandığı gündən təşkil olunmuşdur. Bu şöbənin həm fonduna və oxuculara xidmət etmə formasına görə digər xidmət şöbələrindən fərqlənir. Şöbənin fondu daha əhəmiyyət kəsb edən və MKS-ə alınan kitablardan sayca az olan ədəbiyyatdan formalaşır. Mərkəzi Kitabxana və filiallarda oxucular tərəfindən tapılmayan nəşrlər sorğu əsasında bu şöbədən oxuculara verilir.
Şöbə MKS-in vahid fondunun komplektləşdirilməsində iştirak edir. MKS-in oxucularının kitaba olan tələbatının tam ödənilməsi üçün tədbirlər görür. Şəhərin digər kitabxanaları ilə əlaqə yaradır, fondda olan istifadə olunmayan ədəbiyyatı seçir, tələbat olan ədəbiyyatın fondda olması üçün iş aparır.
MKS üzrə fondda olan çatışmamazlıqları təhlil edir, MKS-in Vahid fondundan istifadə olunması üçün qabaqcıl iş təcrübəsini tətbiq edir. Vaxtaşırı MKS-in digər kitabxanalarına gedişlər edərək oxucular tərəfindən daha çox sorğu verən və daha az tələbat olan kitabları müəyyən edərək fondların yenidən komplektləşdirilməsi üçün tədbirlər görür. Bu şöbə MKS-in Mərkəzi Kitabxana və filiallarından oxuculara verilən rədd cavablarının aradan qaldırılmasını təmin edir, şöbə üzrə işlərin uçotu aparılır və bu işlərə illik yekun vurulur.
Vahid fond keçirilən tədbirlərdə yaxından köməklik göstərir. Fondda 14846 nüsxə kitab vardır.

Struktur


Şöbənin müdiri: Mürşüdova Səadət Eynulla qızıdır


Qiraət şöbəsi (oxu zalı)

52 nəfərlik yerdən ibarət olan Oxu zalından bütün oxucu qrupları istifadə edir. Kitab fondunu əsasən elmi kitablar, dərsliklər, avtoreferatlar, ensiklopediyalar və lüğətlər təşkil edir. Bunlar həm Azərbaycan, həm də Rus dilindədir. Burada 5 illik dövrü mətbuat və köməkçi kitab fondu da oxuculara xidmət edir.
Oxu zalına daxil olan dövrü mətbuat 5 illik jurnal, zalın arxivində saxlanılır. Zalda yazıçı və şairlərə məxsus sərgilər, zala daxil olan yeni nəşrlər açıq rəflərdə nümayiş olunur. Bununla yanaşı yazıçı və şairlərin yaradıcılıq gecələri, elmi praktiki konfranslar, kitab təqdimatları keçirilir, fondun təbliği onun düzülüşü ilə məşğul olur.
Oxu zalında oxucular üçün hər cür şərait yaradılmış, müxtəlif mövzularda daimi sərgilər, guşələr, stendlər, 12 adda qəzet, 7adda jurnal, geniş kitab fondu ilə oxucuların istifadəsinə xidmət təşkil edilmişdir. Zalda gənc yazarlardan ibarət "Ədəbiyyat dərnəyi" fəaliyyət göstərir. Həmçinin aşağıdakı başlıqlar altında daimi sərgilər vardır:
“Ümummilli lider”, “Ekologiya və cəmiyyət”, “Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir” və s. Əlamətdar və tarixi günlərə, yazıçı və şairlərin yubleylərinə aid sərgilər dəyişdirilir və yenisi ilə əvəz olunur.
Oxu zalından oxucuların istifadə qaydası digər şöbələrdən fərqlənir. Belə ki, bu şöbədən oxucular yanlız kitabxanada istifadə edə bilər. Ədəbiyyatın evə verilməsi qadağandır.

Struktur


Şöbənin müdiri: Əhmədova Vüsalə Rza qızıdır


Metodika və Biblioqrafiya İşləri şöbəsi

Metodika və biblioqrafiya işləri şöbəsi MKS-in bütün şöbə və bölmələrinə, həmçinin filiallara metodiki rəhbərlik edir, kitabxana işinin yeni forma və metodlarının öyrənib kitabxanalara tətbiq edir, kitabxanaların qabaqcıl iş təcrübəsini aşkar edərək ümumiləşdirir və kitabxanada tətbiq edir. İşçilər üçün seminar-müşavirələr keçirir, kitabxana filiallara gedişlər edərək yerlərdə işin düzgün təşkilinə köməklik göstərir. Yeni metodiki vəsaitlərin düzgün tətbiqinə çalışır, əlamətdar və tarixi günlər, şair və yazıçıların yubileyləri ilə əlaqədar müxtəlif rəngarəng tədbirlərin keçirilməsini təşkil edir. İl ərzində illik və rüblük iş planlarının tətbiqi, ilin sonunda hesabatların hazırlanması işini təşkil edir vəs. Şöbə eyni zamanda sistemin oxucularına biblioqrafiya xidmətini təşkil edir. Soraq biblioqrafiya aparatının təkmiləşdirir, biblioqrafik işi əlaqələndirir, məqalələrin sistemli və hər hansı mövzularla əlaqədar olaraq kartotekalar düzəldir və ona nəzarət edir. Oxuculara lazım olan ədəbiyyatın seçilməsində köməklik göstərir, onların kartotekalardan, tövsiyyə siyahılarından və biblioqrafik materiallardan istifadə etmələrinə imkan yaradır. Elmi əsaslarla təşkil olunmuş soraq-biblioqrafiya aparatı kitabxananın bütün fəaliyyətinin zəruri əsasıdır. Onun köməkliyi ilə oxuculara kitabxana-informasiya, soraq biblioqrafiya məlumat biblioqrafiya və tövsiyyə-biblioqrafiya xidməti həyata keçirilir. Kitabxana-biblioqrafiya biliyi təbliğ edilir, kitabxanaların işçiləri tərəfindən tərtib olunan biblioqrafik vəsaitlər üçün ədəbiyyat müəyyənləşdirilir.
MKS-in soraq-biblioqrafiya aparatı ensiklopediyalar, lüğətlər, soraqça və məlumat kitabçalardan ibarətdir. Mərkəzi kitabxanada ümumi əlifba və sistemli kataloqlar yerləşdirilib, hər kitabxana-filialının öz kataloqları var. Onlarla iş aparılır, redaktə olunur. Diyarşünaslıq mövzusuna həsr olunmuş kartoteka ilə iş aparılır. Əlamətdar günlərə həsr olunmuş mövzu kartotekaları tərtib olunur. Tövsiyyə edilən kitab siyahıları hazırlanır. Onlarla yanaşı kitabxana işinə həsr olunmuş kartoteka tərtib olunur, tövsiyyə edilən kitab siyahıları hazırlanır.
Oxuculara biblioqrafik arayışlar verilir. MKS-də biblioqrafiya biliklərinin təbliği məqsədilə biblioqrafiya dərsləri, söhbətləri aparılır. Biblioqrafiyaya həsr olunmuş sərgi təşkil olunub, plakat yerləşdirilib. MKS-ə daxil olan yeni ədəbiyyat haqqında məlumat vermək məqsədilə “MKS birləşmiş kitabxana fonduna yeni daxil olmuş ədəbiyyat” adlı informasiya bülletenləri hazırlanır və kitabxana-filiallarına çatdırılır, kadrlarla iş aparılır.

Struktur


Şöbənin müdiri: Məmmədova Fərəhnisə Rüstəm qızı

Baş biblioqraf: Tahirova Roza Həsənbala qızı


Uşaq şöbəsi

MKS-in uşaq şöbəsi 1996-cı ildə yaradılmışdır və əsas vəzifəsi uşaqların kitaba olan təlabatını dolğun şəkildə ödəməkdən ibarətdir. Şöbədə 4 yaşdan 14 yaş arası uşaq oxucuları kitabxanaya valideynlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilər.
Uşaq oxuculara şöbədə oxucu kartoçkası açılır və müəyyən müddətə evdə istifadə etmək üçün uşaq nəşrləri verilir. Şöbənin fondunda Azərbaycan, rus və ingilis dillərində uşaq nəşrləri vardır.
Şöbəyə oxucuların cəlb olunması üçün müxtəlif maraqlı tədbirlər, o cümlədən səhnəciklər, bədii gecələr, oyunlar, söhbətlər keçirilir, kiçik yaşlı uşaqlarla xüsusi iş aparılır, istəklərini nəzərə alaraq yaşlarına uyğun kitablar məsləhət görülür, yeni nəşrlər təklif olunur.
Şöbədə vaxtaşırı uşaqların əqli və fiziki inkişafı ilə bağlı rəngarəng tədbirlərin keçirilməsi azyaşlı oxucuların kitabxanaya marağını daha da artırır.

Struktur


Şöbənin müdiri: Cəlilova Şahnaz Vəliyyədin qızıdır


İncəsənət və fonoteka şöbəsi

Xətai rayonu MKS-in İncəsənət və fonoteka şöbəsi Azərbaycan SSR Mədəniyyət Nazirinin 19 oktyabr 1987-ci il tarixli 394 №li əmri əsasında yaradılmışdır və bu əmrə əsasən Xətai rayon MKS-in S.Vurğun adına Mərkəzi kitabxanasına Bakı şəhərinin Mərkəzi İncəsənət kitabxanası statusu verməklə əhalinin estetik və bədii təhsili sahəsində işi gücləndirmək məqsədiiə az bir vaxtda digər kitabxanaların köməyi ilə şöbənin fondu formalaşdırılmışdır.
Şöbə- Dünya, rus və Azərbaycan bəstəkarlarının əsərlərini, musiqi nəzəriyyyələrinə aid olan kitabları, notları, musiqiçilərin həyat və yaradıcılığına aid kitabları, həmçinin val və diskləri, audio-video kasetləri vasitəsilə rayonun musiqisevər, musiqi ilə məşğul olan təbəqəsinə, bu sahədə təhsil alan şagird və tələbələrə, həmçinin digər oxucu qruplarına xidmət göstərir.
Şöbə görkəmli İncəsənət xadimləri haqqında müxtəlif tədbirlər keçirir, sərgilər təşkil edir. Şöbədə şəxsiyyət vəsiqəsi vasitəsilə abunə olmaqla istifadə etmək olar.

Struktur


Şöbənin müdiri: Quliyeva Səidə Əyyub qızıdır


Kitabişləmə və komplektləşdirmə şöbəsi

Xətai rayon MKS-in kitabişləmə və komlektləşdirmə şöbəsi 1975-ci ildə MKS yaranarkən yenidən təşkil olunmuş və öz funksiyasını daha da artırmışdır. Şöbə yarandığı gündən fondun lazımi ədəbiyyatla komplektləşdirilməsi, fonddakı əhəmiyyətini itirmiş ədəbiyyatın silinməsi, kataloq və kartoçkaların tərtibi və bunlarla bağlı digər işləri görməklə məşğul olur, MKS-in şöbə və filiallarına əlifba və sistemli kataloq kartoçkaları hazırlayır. Bu kartoçkalar 2006-cı ildən elektron formada VTLS-Virtua proqramı ilə elektron kataloqlarda təsvir olunur. Eyni zamanda bu şöbə MKS-in bütün struktur bölmələrinə dövri mətbuatda abunə yazılmasını təmi edir.
Bu şöbə-digər şöbələrin komplektləşdirilməsi, yeni alınmış kitabların uçot və qeydini apararaq kitabxana qaydasında işləyib filial kitabxanalara göndərir. İlin
sonunda fonda daxil olan və oradan çıxarılan ədəbiyyatın miqdarını müəyyənləş dirir. 2006-cı ildən MKS-də elektron kataloqun yaradılmasına başlanması ilə əlaqədar olaraq bu şöbə informasiya xidməti şöbəsi ilə əlaqəli iş aparır, həmin şöbəyə yardımçı olur.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı sərəncamına əsasən çap olunaraq Xətai MKS-ə hədiyyə olunmuş 50 minə qədər ədəbiyyat bu şöbə vasitəsilə operativ şəkildə işlənərək yerlərə çatdırılmış və oxucuların istifadəsinə verilmişdir.

Struktur


Şöbənin müdiri: Əliyeva Rəmziyyə Fevral qızıdır.


Elektron-informasia şöbəsi.

Bu şöbə 2006-cı ildən fəaliyyətə başlamışdır və əsas məqsədi İnformasiya texnologiyalarının kitabxanalarda tətbiqinə elektron kataloqun, elektron kitabxananın yaradılması, oxucuların informasiya tələbatlarının daha dolğun və informasiyalaşdırılmış cəmiyyət şəraitinin tələblərinə uyğun şəkildə ödəməkdən ibarətdir.
Şöbə yarandığı gündən bu istiqamətdə xeyli işlər görmüşdür. Belə ki, hazırda MKS-in fondunda olan ədəbiyyatın 50%-ə qədərinin biblioqrafik göstəriciləri kompyuterin yaddaşına verilərək MKS-in elektron kataloqunun yaradılmasına öz töhvəsini vermişdir. 2007-ci ildə MKS-in saytını yaratmış və zənginləşdirmişdir. Eyni zamanda bu şöbə Mərkəzi kitabxanada 2003-cü ildə Beynəlxalq təşkilatların köməyi ilə yaradılan resurs İnformasiya mərkəzi ilə birlikdə oxucuların və kitabxana işçilərinin kompyuter və internet biliklərinə yiyələnməsi üçün pulsuz kurslar təşkil etmiş, oxucuların kitabxanada tapa bilmədikləri ədəbiyyatlar internet vasitəsilə digər kitabxanalardan tapıb istifadə etmələrinə köməklik göstərmişdir. Hal-hazırda bu və digər istiqamətlərdə iş davamlı şəkildə aparılır.
Şöbə MKS-in saytının maraqlı və lazımlı olması üçün daha maraqlı materialları, eyni zamanda MKS-in gündəlik fəaliyyəti ilə keçirilən tədbirlər mütəmadi olaraq saytda yerləşdirilərək geniş oxucu auditoriyasına çatdırılır. Yazılar elektron kataloqunda M.F.Axundov adına kitabxananın dəstəyi ilə VTLS-sistemində Virtua proqramı ilə Marc -21 formatında təqdim olunur.
Şöbə hal-hazırda elektron kitabxananın yaradılması və digər şöbələrin işinin elektronlaşdırılması istiqamətində yeni layihələr üzərində işləyir.

Struktur



Şöbənin müdiri: Dəmirçiyeva Səidə İslam qızıdır.

Geri