Nizami-mks.az > Kitabxana haqqında > Kitabxana haqqında məlumat
Kitabxana haqqında məlumat11-05-2011, 23:46. Разместил: admin |
|
Xətai rayonu haqqında ümumi məlumat
Xətai rayonu 1904-cü ildə yaradılıb və ilk adı Zavodskaya olub, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. Bu rayonun əhalisi 239456 nəfər, ərazisi 31.2 kv.km, əhalinin sıxlığı 1 kv.km-ə 7982 nəfərdir. Rayonun ərazisində bir sıra iri sənayə müəssisələri o cümlədən “ Azərneftyağ NEZ”, “Xəzərdənizneftdonanması” idarəsi, Təcrübə sənaye Zavodu, Neft kəmərləri İdarəsi fəaliyyət göstərir. Rayonda 37 orta məktəb, 44 uşaq baxçası, 2 uşaq evi, 15 poliklinika insanların təlim tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində dayanır. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına Xəstəxana, “Azəriqaz” ASC və s. Rayon ərazisində eyni zamanda 3 hərbi məktəb: • C. Naxçıvanski adına Hərbi lisey • Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi • Dövlət Sərhəd Xidməti Akademiyası fəaliyyət göstərir. Rayonda 1 kollec, 1 gimnaziya, 17 dövlət, 6 Özəl tibb müəssisəsi, 1 kinoteatr, 2 Mədəniyyət və istirahət parkı, 5 musiqi məktəbi, 3 mədəniyyət evi, 1 Mədəniyyət Mərkəzi, 1 kitabxana-klub və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan 5 kitabxana əhaliyə xidmət göstərir. Rayonda AFFA idman Federasiyası, Sərhədçi İdman Olimpiya Mərkəzi və 11 idman klubu fəaliyyət göstərir Kitabxana haqqında. ![]() Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Sovet İKP MK-nın 1974-cü ildə qəbul etdiyi “Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərarından sonra rayon ərazisində fəaliyyət göstərən kitabxanaların bazasında 1975-ci ildə Bakı şəhərində ilk və yeganə sistem kimi eksperiment olaraq yaradılmışdır. 1985-ci ildə hal-hazırda kitabxana-klub kimi fəaliyyət göstərən filial ayrılaraq Azərbaycan Mədəniyyət Nazirinin əmri əsasında Sabir adına kitabxana-klub yaradılmışdır. 1986-cı ildə MKS Mərkəzi Kitabxanası hal-hazırda yerləşdiyi M.Hadi küçəsi 41a –ünvanında yeni inşa olunmuş 2 mərtəbəli binaya köçürülmüş və Mərkəzi Kitabxanaya görkəmli Azərbaycan şairi S.Vurğunun adı verilmişdir. 1987-ci ildə isə Azərbaycan SSR Mədəniyyət Nazirinin əmrinə əsasən Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının bazasında Bakı şəhəri Mərkəzi İncəsənət Kitabxanası yaradılmış və burada İncəsənət və Fonoteka və digər şöbələr fəaliyyətə başlamışdır. 1991-ci ildə Nizami rayon ərazisində fəaliyyət göstərən filiallar Xətai rayonundan ayrılaraq Nizami rayon MKS-i təşkil olunmuşdur. Xətai rayon MKS-i fəaliyyət göstərdiyi vaxtdan hal-hazıra kimi əhalinin kitabxana-informasiya tələbatının dolğun ödənilməsi üçün MKS-in maddi texniki bazasının güclənməsi, fondların lazımi ədəbiyyatla komplektləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, ixtisaslarının müntəzəm artırılması, mədəni-kütləvi tədbirlərin keçirilməsi, yeni texnologiyaların tətbiqi, şəhərin və rayonun ictimai-siyasi həyatında fəal iştirakı və s. sahələrdə səmərəli fəaliyyəti ilə seçilmişdir. MKS-də 2003-cü ildə Beynəlxalq təşkilatların köməyi ilə Resurs İnformasiya Mərkəzi yaradılmış və yüzlərlə sakin pulsuz kompüter və internet kursları keçərək biliklərə yiyələnmişlər. 2006-cı ildən Xətai rayon MKS-də Bakı şəhər kitabxanaları içərisində ilk dəfə olaraq yeni texnologiyaların tətbiqinə başlanılmış, Elektron Resursların yaradılması şöbəsi yaradılmış və M.F.Axundov adına Milli Kitabxananın metodik köməkliyi ilə ABŞ-ın VTLS-virtua proqramı əsasında elektron kataloqun yaradılmasına başlanmış və hal-hazırda fondun 50%-ə qədəri kompüterin yaddaşına köçürülərək oxucuların istifadəsinə verilmişdir. 2007-ci ildə şəhər kitabxanaları içərisində ilk olaraq MKS-in saytı yaradılmış və fəaliyyətə başlamışdır. MKS-in kitab fondunda müxtəlif məzmunda və dillərdə 228555 nüsxə ədəbiyyat vardır. Oxucuların sayı 31332 nəfərdir. İl ərzində oxuculara kitab verilişi 545810 olmuşdur. İl ərzində MKS 19-dan artıq dövrü nəşrlərə abunə olur və 4000-dən artıq ədəbiyyat alınaraq kitabxana qaydasında işlənərək oxucuların istifadəsinə verilir, 100-dən artıq müxtəlif tipli kütləvi tədbirlər keçirilir. Hazırda kitabxanalara dövlət tərəfindən göstərilən diqqət və qayğı bu sahənin inkişafı ilə əlaqədar Dövlət başçısı cənab İ.Əliyev tərəfindən bir-birinin ardınca verilən çoxsaylı sərəncam və qərarlar, o cümlədən Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı bu sahənin inkişafına xüsusi təkan vermiş və kitabxana işçilərini daha məsuliyyətlə çalışmağa, yeni nailiyyətlər əldə etməyə ruhlandırmışdır. Xətai rayon MKS-i S.Vurğun adına Mərkəzi Kitabxana və 4 filialdan ibarət fəaliyyət göstərir. MKS-in Mərkəzi Kitabxanasında 8 şöbə vardır. Şöbələr: 1. Oxuculara xidmət şöbəsi, o cümlədən (Rus və Azərbaycan abonementi).: Şöbə müdiri: Mövsümova Ruqiyyə İsgəndər qızı 2. Qiraət şöbəsi(oxu zalı): Şöbə müdiri: Əhmədova Vüsalə Rza qızı 3. İncəsənət və fonoteka şöbəsi: Şöbə müdiri: Quliyeva Səidə Əyyub qızı 4. Uşaq şöbəsi: Şöbə müdiri: Cəlilova Şahnaz Vəliyyədin qızı 5. Kitabişləmə və komplekləşdirmə şöbəsi: Şöbə müdiri: Əliyeva Rəmziyyə Fevral qızı 6. Metodika və biblioqrafiya şöbəsi: Şöbə müdiri: Məmmədova Fərəhnisə Rüstəm qızı 7. Vahid fond və Kitabxanalararası abonoment şöbəsi KAA: Şöbə müdiri: Mürşüdova Səadət Eynulla qızı 8. Elektron- informasiya xidməti şöbəsi: Şöbə müdiri: Dəmirçiyeva Səidə İslam qızı Xətai rayon MKS-n Direktoru: Quliyev Oruc İslam oğlu Direktor müavini:Atayeva Elmira Sultan qızı MKS-in Mərkəzi Kitabxanası və filialları hər gün saat 9:00-dan 18:00-dək, yay vaxtı isə 10:00-dan 19:00- dək işləyir. Hər ayın axırıncı günü təmizlik günü, saat 13:00-dan 14:00-dək fasilə vaxtıdır. Xətai rayon MKS-i Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 41a ünvanında yerləşir. Əlaqə telefonu: (012)374-79-46 Poçt indeksi: 1149-dur. Elektron ünvan: mks-xatai@mail.ru Xətai rayon MKS-in Mərkəzi kitabxanası və filialları haqqında ümumi məlumat Mərkəzi Kitabxana Xətai rayon MKS-i S.Vurğun adına Mərkəzi Kitabxana və 4 filialdan ibarət fəaliyyət göstərir. MKS-in S.Vurğun adına Mərkəzi Kitabxansı 1986-cı ilə kimi Naxçıvanski küçəsi 90 ünvanında, 1986-cı ildən isə M.Hadi küçəsi 41a ünvanında yerləşir. Mərkəzi Kitabxana 70 minə qədər fondu ilə il ərzində 9167 oxucuya xidmət göstərmiş, oxuculara kitab verilişi 90781 nüsxə olmuşdur. İl ərzində MK-ya 1000-dən artıq ədəbiyyat daxil olur. MK-nəzdində olan 8 şöbə və icma resurs informasiya mərkəzi vasitəsilə oxuculara səmərərli kitabxana-biblioqrafiya xidməti göstərir. İl ərzində MK-da müxtəlif tədbirlər həyata keçirilir. Mərkəzi kitabxanada müxtəlif dərnəklər, o cümlədən “Gənc Turist’’və “Fəal oxucu’’ klubları fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrdə Mərkəzi kitabxana həm özünün, həm də filialların maddi texniki bazasının möhkəmləndirilməsi, fondların daha aktuallıq kəsb edən nəşrlərlə zənginləşdirilməsi, həmçinin istifadəyə yararsız ədəbiyyatdan təmizlənməsi, kadrların seçilib yerləşdirilməsi və mütəmadi olaraq ixtisaslarının artırılması, müxtəlif kütləvi tədbirlərin keçirilməsi, infomasiyalaşdırılmış cəmiyyət şəraitinə uyğun yeniliklərin kitabxanalara tətbiq olunması, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı, MKS-in gündəlik fəaliyyətində qarşıya çıxan problemlərin həll edilməsi və s. sahələrdə uğurla fəaliyyət göstərmiş, rayon əhalisinə xidmətin keyfiyyətini daim artırmağa çalışmışdır. Ünvan: M.Hadi küçəsi 41a Tel: (012) 374-79-46 Poçt indeksi: 1149-du Geri |