20 fevral tarixində Xətai rayon MKS-də Ana dili gününə həsr olunmuş “Ana dili anamızın dili, müqəddəs varlığımızın dilidir” başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə yazıçı, publisist, “Qızıl qələm” mükafatı laureatı Hacı Loğman Qorqud, gənc şairə Gülşən Behbudqızı, 261 saylı məktəbin şagirdi, kitabxananın fəal oxucuları və MKS-in filialları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə MKS-in şöbə müdiri Səadət Mürşüdova açaraq 1999-cu ildə fevral ayının 21-i “Beynəlxalq Ana Dili” günü elan edilməsindən danışdı və sözü yazıçı, publisist, “Qızıl qələm” mükafatı laureatı Hacı Loğman Qorquda verildi. O, ana dilinin tarixindən, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etdirmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırlatdı.
261 saylı məktəbin IV sinif şagirdi Səma Rzayeva B.Vahabzadənin “Ana dili” şeirini tədbir iştirakçılarına çatdırdı.
Tədbirdə Gənc şairə Gülşən Behbudqızı bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malik olduğunu söylədi.
Kitabxananın Azərbaycan bölməsinin işçisi Nəzakət Cəfərova bu gün Azərbaycan teleməkanında maarifçiliyə xidmət edən verilişlər çox az yayımlandığını və Azərbaycan dilinin gözəlliyi ilə bağlı sanballı bir veriliş hazırlanmadığını vurğuladı.
Tədbir iştirakçılarından B.Əzizə, S.Əsli, Q.Sevinc, C.Şahnaz və digərləri ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasından, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsindən söz açdılar.
Tədbirdə bu mövzuya həsr olunmuş sərgi təşkil edilmişdir.