17 fevral, 2012-ci il tarixdə Xətai rayon MKS-in 3 saylı filialında "Ana dili dosta məhəbbət, düşmənə nifrət dilidir" başlığı altında sərgi-söhbət təşkil olundu.
Rədbirdə BDU-nun filoloqu Səfərli Aygün, gənc şairə Həcər Qəbələ və kitabxananın fəal oxucuları da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Pəri Paşayeva açaraq ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynamasından söz açdı. Söz Bakı Dövlət Universitetinin filoloqu Aynur Səfərliyə verildi. O, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcu olduğunu vurğuladı.
Gənc şairə Həcər Qəbələ söz alaraq qəbələ o ziddiyyətli dövrdə Azərbaycanın şair və yazıçıları dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirməsindən, onların ana dilində yazıb-yaratmasından və bunun da nəticəsində dilin şirinliyini, təbiiliyini, bir sözlə varlığının necə qorunub saxlanmasını qeyd etdi.
Böyük kitabxanaçı Məryəm Səfərli Ümummilli lider Heydər Əliyevin Azərbaycan yazıçılarını ana dili uğrunda mübarizəyə səsləməsindən, bütün vətəndaşların diqqətini bu yönə çəkmək istəyindən söz açdı.
Sonda bu mövzuyla bağlı sərgi təşkil olunmuşdur.