Böyükağa (Mirməmmədov) Mircəfər oğlu Məmmədov 1927- ci il yanvar ayının 23- də Bakı şəhərində anadan olmuşdur.
O, 1955- ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. 1946- 1966 – cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. Onun repertuarına Azərbaycanın və dünyanın digər ölkələrinin rəqsləri daxil idi. Xüsusilə “Naz eləmə”, “Qaytağı” və s. Azərbaycan rəqslərini yüksək səviyyədə ifa etmişdir.
1966- cı ildən Texniki və Bədii Yaradıcılıq Evi, eləcə də Y. Qaqarin adına Pionerlər Sarayı rəqs kollektivlərinin bədii rəhbəri olmuşdur. 1971- ci ildən isə Bakı Xoreoqrafiya Məktəbində dərs deyir. B. Məmmədov tələbə və gənclərin (Berlin- qızıl medal), Varşava (1953) və Moskvada (1957) keçirilən Ümumdünya festivallarının lauretıdır. O, bir sıra xarici ölkələrdə (Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan vəs.) Azərbaycan rəqslərini layiqincə təmsil etmişdir.
Azərbaycan rəqsinin inkişafı və təbliğindəki böyük roluna görə 1965-cı ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.