Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










İdman – cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsidir


İdman – cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsidir


İdmanın insan orqanizmi üçün 7 əsas xeyiri:

İdman əhvalı yüksəldir - bele ki, idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
İdman xroniki xəstəliklərin qarşısını alır-müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır.
İdman çəkinizi qorumağa kömək edir-müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
İdman ürəyin və ağciyərin funksiyasını gücləndirir-müntəzəm idman vucudu oksigenlə tam təmin edir damarlarda qan dövranını artırır.
İdman yuxusuzluğu aradan qaldırır.
Müntəzəm idman intim həyatı aktivləşdirir.
İdman təngnəfəsliyi aradan qaldırır.


İdmançılar xalq arasında yüksək ehtirama malikdirlər. Xüsusilə də ölkə daxili yaxud xarici yarışlarda (çempionatlarda) medal və qələbə qazanmış idmançılar. Onların qazandıqları qələbə, adlarının xalq arasında məşhurlaşmasına zəmin yaratmışdır. Hətta idmana məhəbbəti olmayan şəxs də heç olmasa xəbərlərə baxdıqda idman xəbərlərində ya xəbər başlıqlarında həmyerlisindən birinin dünya səviyyəsində milli himnimizin çalınmasının müşayətilə vətənimizin bayrağını qaldırdığını görmüşdür. Doğrudan da idmançı üçün o andan üstün heç nə yoxdur. Hər bir idmançının arzusu o zirvəyə çatmaqdır. Sonralar belə idmançılar xalq arasına çıxan kimi hamısı onu barmaqla göstərir, cavanlar ondan avtoqraf istəyir və başqa birisi onunla şəkil çəkdirmək istəyir. Hətta bu məşhurluq o qədər onun həyatına təsir qoyur ki, dövrümüzdə bəzi idmançıların bu məşhurluğu sayəsində gələcəkdə siyasətdə də yüksək vəzifələrə qalxdığının şahidi oluruq. Məsələn: Müşhadəçilərin fikrincə hal-hazırda Amerikanın Kaliforniya ştatının qubernatoru Arnold Şvarçneqrin qubernator seçilməsində (aktyor və kino ulduzu olmaqla bərabər) idmançı olmağının da xüsusi rolu olmuşdur. Xalqına xidmət etməyi özünə borc və vəzifə bilən bir idmançının yüksək mərtəbələrə ucalmasının və elə bu müqəddəs hədəfə (xalqa xidmətə) çatmaq üçün öz məşhurluğundan istifadə etməsinin heç bir zərəri yoxdur. Lakin bəzən xalq arasında özünə mövqe qazanmış idmançıların bəzisi öz məşhurluğundan sui istifadə də etmişlər. Ən azı öz rəqibini aradan götürməsindən tutmuş, yüksək vəzifə sahibi olub əlinə düşən imkanlardan öz şəxsi mənafei üçün istifadə etməsinə qədər. Belə olan halda idmançıların həqiqi çöhrəsi bizim üçün aşkar olur. Bir vaxtlar bütün dillərdə adı gəzən, mətbuatda adı tez-tez çəkilən bir idmançının əxlaqdan, ədəbdən və özünün müqəddəs idmançı hədəflərindən əl çəkib dünya, pul, vəzifə və şan-şöhrət qazanmaq naminə çirkinliklərə əl atmış olması təsəvvürümüzə belə gəlməz. Necə ki, xəbərlərdə bəzən bəzi idman ulduzlarının narkomaniya və insan alverində, cavan pərəstişkar qızların aldadılmasında, hətta qətl hadisəsində iştirakını görürük. Onda bilirik ki, belələri üçün idmanda hədəf xalqa xidmət, vətənin adını ucaltmaq və təbii ki, bununla da özünün fərəh hissi duyması deyil, nəfsin istəklərinə nail olmaqdır. O, idmanı sadəcə olaraq, öz çirkin istəyinə çatmaq üçün vasitə qərar vermişdir. Belə mövqe isə bəzilərinin dili ilə desək: “hədəf (məqsəd) vasitəyə bəraət qazandırır” ideologiyasıdır ki, milli-mənəvi dəyərlərimizə uyğun deyil. Həm hədəfimiz müqəddəs olmalıdır, həm də hədəfə çatmaq üçün seçdiyimiz vasitə. Əgər belə olmasa gərək əvvəlcədən idmanda hədəf və məqsədimizi paklaşdıraq. Yox əgər idmandan məqsədimiz şan-şöhrət, vəzifə, pul qazanmaq olsa bu insanlığın uca zirvəsi ilə uyğun gəlmir.
Sonda 8-ci imamımız həzrət Riza (ə)-ın hədəf və məqsəd haqqında buyurduğunu diqqətinizə çatdırırıq: ”Allah xeyir bir iş qəsd edib sonra onu yerinə yetirən şəxsə, yaxud pis bir iş qəsd edib onu yerinə yetirməkdən çəkinən şəxsə rəhm etsin
Uca Allahdan vətənimizin bütün idmançılarının bu müqəddəs yolda müvəffəqiyyət qazanmasını diləyirik. Amin!

    22-01-2012, 15:46    Çap et