2 fevral Xətai rayon MKS-in 1 saylı filialında Gənclər gününə həsr olunmuş “Cəmiyyətimizə dəyərli töhvələr verəcək gənclər” başlığı altında sərgi-söhbət təşkil olundu. Tədbiri giriş sözü ilə Kitabxananın müdiri Təranə Əsgərova Gənclər Gününün qeyd edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini, hər il ölkə gəncləri tərəfindən bu günün geniş şəkildə qeyd edildiyini vurğulayıb.
Oxu zalının şöbə müdiri Zülfiyyə Əliyeva Azərbaycan gəncliyinin həyat və fəaliyyəti, elmdə, idmanda, təhsildə qazandığı uğurlar haqqında öz fikirlərini söylədi.
Böyük kitabxanaçı Sevinc Musayeva 2 fevral-Gənclər Gününün əhəmiyyətindən söz açıb. O, ölkə gənclərinin daim dövlətin diqqət və qayğısı ilə əhatələndiyini qeyd edib. Bildirib ki, məhz bunun nəticəsidir ki, gənclər iştirak etdikləri beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanı layiqincə təmsil edirlər.
Daha sonra söz 249, 169 saylı məktəbin şagirdlərinə verildi. Onlar “Gənclik gələcəyimizdir” başlığı altında çıxış etdilər.
Çıxışlardan sonra mövzuyla bağlı sərgiyə baxış etdilər.