2 fevral, 2012-ci ildə Xətai rayon MKS-də “Səadət tək işıq saçan xoşbəxt gənclik illəri” başlığı altında sərgi-söhbət təşkil olundu. Tədbiri çıxış sözü ilə MKS-in direktoru O.Quliyev açaraq 2 fevral Gənclər gününün keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu söylədi. Kitabxanalararası Abonoment şöbəsinin müdiri Səadət Mürşüdova çıxışını Ümummilli lider Heydər Əliyevin sözü ilə başladı. Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir.
Tədbirdə Azərbaycan bölməsinin kitabxanaçısı Nəzakət Cəfərova Azərbaycan gənclərinin gələcəyimizin qurucaları olduğunu və onların Azərbaycanı dünyaya tanıtmaqda çox böyük rolu olduğunu söylədi. Söz gənc oxuculara verildi . Onlar da “Gənc istedadlar üçün xüsusi təqaüdün təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi haqqında”, “Azərbaycan Gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin gənclərin həyatında xüsusi əhəmiyyəti olduğunu bildirdilər.
Rus abonomenti şöbəsinin kitabxanaçısı Pərvanə Nağıyeva Azərbaycanın gəncliyinin bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etməsindən və öz sözünü deməsindən danışdı. Tədbirdə BDU-nun tələbəsi Elvin Mirzəyev, APİ-nin tələbəsi Elnarə Əsədova 2 fevral gənclər günü ilə bağlı öz fikirlərini bildirdilər və gənclərə göstərilən dövlət qayğısından danışdılar.
Tədbirin sonunda bu mövzu ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirildi.