Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlı


Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlı


Həyatı

İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.
Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı. Belə təklif Nəsrullah sultana da gəlmişdir. O da oğlanlarından ən cılızını, balaca İsmayılı çar hökumətinə vermişdir.
O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır.Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.
İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür.Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir.[1] 1841-ci ildə İ. Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləmişdir[2].
İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır.[3]O, 1869-cu (bəzi mənbələrdə 1861-ci) ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

Böyük maarifçi

İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri - Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında "Paqonlu maarifçilər" adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə arvadı ilə Yaxın Şərq ölkələrinə səyahətə getmişdir.

Yaradıcılığı

Böyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuş "Səfərnamə" adlı yol qeydlərini yazmışdır. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmışdır. İsmayıl bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılırdı.
İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Qutqaşınlı yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım" əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının "Tutu" adlı əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır.

Xatirəsinin əbədiləşdirilməsi

İsmayıl bəy Qutqaşınlının adı azırbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsamyıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, ev muzeyi yaradılmışdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.

    27-01-2012, 10:29    Çap et