Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır.
Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (əni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Dikər bir fərziyyəyə körə, "Məhsəti" "məh" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib (Nizaminin Məhin Banusu da bunun analoqudur).
Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı şəhər və vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir.
Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın." Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini Kəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak etmişdi.
Böyük şairənin həyatı barədə mə'lumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstambulda və Londonda saxlanan X əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürülür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, "Dastan"ın müəllifi XIII əsrdə ya-şamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.
Onu tez-tez saraya dəvət edirdilər. Növbəti ziyafətlərin birində şah sabahkı görüşün şərtlərini söyləyir: gecikən cərimə olaraq üç buynuz şərab içməlidir. İş elə gətirir ki, Məhsəti gecikəsi olur. 0, şərtə tabe olaraq, dal-badal iki iri buynuzu doldurub içir. Sonra üçüncü buynuzu doldurur, üzünü şaha tərəf tutub bədahətən şerlə ona müraciət edir ki, ey şah, mən öküz deyiləm və buynuz mənə yaraşmaz. Ancaq əgər mən hətta öküz olsaydım belə, iki buynuz bəsim idi. Bu şer şahın o qədər xoşuna gəlir ki, qiymətli daş-qaşla bəzədilmiş bu buynuzu şairəyə bağışlayır.
Uzun illərin intizarından sonra nəhayət, Gəncə xətibinin bir oğlu olur. Uşaqın adını Əmir Əhməd qoyurlar. Onu körpəliyindən tərbiyəçiyə verir, dörd yaşından isə məktəbə göndərirlər. Əmir Əhməd özünü olduqca bacarıqlı və iste'dadlı bir uşaq kimi göstərir və doğma şəhərindən bircə addım aralanmasa da, onun kamalının şöhrəti uzaqlara yayılır. Bir dəfə Əmir Əhməd yuxusunda görür ki,cənnətə düşüb və bir huri şərab dolu piyalə ilə onu qarşılayır. Əmir Əhməd şərabı nuş edir və həmin andan o hurinin gözəlliyi ilə məst olur. Səhər atası körür ki, Əmir Əhməd pərişandır. Onun qüssəsini dağıtmaqdan ötrü 400 atlı götürüb, Gəncəni gəzməsinə icazə verir. Əmir Əhməd məhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. Oradakı meyxanələrdən birində dörd mütəkkənin üstündə uzanmış bir qız görür. Bu, Məhsəti Kəncəvi idi. Əmir onun yuxuda gördüyü huri olduğunu kəsdirir. Gənclər bir-birinə aşiq olur və rübailərlə şe'rləşirlər.
Həmin gecə yatmazdan əvvəl oğlunun Quran əvəzinə rübailər oxuduğunu görən Xətib bərk təəccüblənir. Xərabatdan qayıtmış oğlunun davranışı onu narahat edir. Xətib hətta onu həkimə də göstərir, sonra isə evləndirmək qərarına gəlir. Lakin heç nəyin xeyri yoxdur. Əmir Əhməd dediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin yanına.,gedir. Məhsətinin anası onun kimin oğlu olduqunu biləndə xoşagəlməz hadisə baş verəcəyindən qorxub, onu evlərinə göndərməyi xahiş edir. Cavanlarsa onun sözlərinə məhəl qoymurlar. Xətib oğlunu geri qaytarmaq istəyir və hətta Gəncə şahına şikayət də edir, lakin oğlan ipə-sapa yatmır. Belə olduqda atası Əmir Əhmədin ardınca öz adamlarını göndərir. Onlar onu tutub, zindana atırlar. Üç gün - üç gecə atasının əxlaqa dair nəsihətlərini dinlədikdən sonra Əmir Əhməd onun dediklərinə razı olduğunu bildirir və azadlığa çıxır. Xətib sevindiyindən zəngin bir ziyafət düzəldir. Ziyafət başa çatandan və qonaqlar dağılışandan sonra isə Əmir Əhməd baş götürüb, yenə Xərabat tərəfə gedir.
Əmir Əhməd Məhsətini burada 40 incəbel qızın əhatəsində görür. Onlar ney, çəng, dəf çalır, oxuyur, rəqs edirdilər. Məhsəti musiqi dərsi keçirdi. Burada o, artıq qarşımızda başqa görgəmdədir-nəinki şer yazır, oxuyur, bir çox alətlərdə çalır, həmçinin musiqi və rəqs dərsləri də keçə bilir.
O dövrün musiqi sənəti və musiqi mühiti ilə tanışlıq üçün dastanda Gəncə şahının Məhsətinin şərəfinə verdiyi ziyafətin təsviri də maraqlıdır. Burada musiqi bir qayda olaraq, cənkdə, udda, bərbəddə, əbrişimdə, neydə və tənburda ifa olunur.
Daha sonra biz dastandan Məhsətinin Gəncədə ən güclü şahmat ustası olduğunu öyrənirik. Həmin qəbulda Gəncə şahı Məhsəti ilə şahmatda da gücünü sınayır. Başqa bir yerdə şahın Əmir Əhmədlə mərc gələrək, min dinardan şahmat oynaması göstərilir. Əmir Əhməd qələbə çalır və şah borcunu qızıl pulla ödəyir. Bir dəfə Məhsətini yenə saraya, Gəncə şahının hüzuruna çağırırlar. Nəyə görəsə qəzəblənmiş hökmdar əmr edir ki, Məhsətini öküz dərisinə bürüyüb, zindana atsınlar. Ancaq altı gündən sonra yerli əyanların xahişi ilə şairəni zindandan çıxarırlar və o, qəzəblə şahı ifşa edən şe'rlər söyləyir.
Başqa bir yerdə qış ovu zamanı şairənin Gəncə şahına qar haqqında bədahətən şe'r söylədiyi göstərilir. Bu şe'rin məzmunu haqda yuxarıda bəhs edilib. Şe'rin gözəlliyindən vəcdə gələn şah şairəyə at bağışlayır. Lakin müstəbid şah tələb edir ki, sevgililər ayrılsınlar və Məhsəti köçüb biryolluq sarayda yaşasın. Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır. Şe'r yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şe'rlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhmədddir.
Dastanın sonunda bildirilir ki, sevgililər doğma Gəncəyə qayıdır, öz nigahlarını rəsmi şəkildə bağlayırlar və bu nigahdan onların iki övladı olur.