Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Kitab haqqında bir neçə söz


Kitab haqqında bir neçə söz



Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
(Nizami)


Kitab yarandığı gündən insanların “dostu”, “yoldaşı”, “məsləhətçisi”, bilik, ilham və xoşbəxtlik mənbəyi olmuşdur. Müxtəlif tarixi dövrlərdə insanlar kitab vasitəsilə həyatı öyrənmiş, təhsil almış, təbiətin və cəmiyyətin qanunauyğunluqlarını öyrənərək dərk etmiş, öz mənəvi aləmlərini zənginləşdirmiş və mədəni səviyyələrini yüksəltmişlər.
Dünyanın qabaqcıl şair və yazıçıları, mütərəqqi elm və maarif xadimləri kitabın tərbiyəvi əhəmiyyətinə böyük qiymət vermiş, öz əsərlərində, xatirə və məktublarında bu haqda müdrik fikirlər söyləmişlər.
Böyük rus cərrahı N.İ.Piroqov adamların əxlaq və əqidəcə tərbiyə olunub yetişməsində kitabın rolunu yüksək qiymətləndirərək demişdir: “Hansı kitabları oxuduğunu de, mən sənin kim olduğunu söyləyim”.
Alimlərin, şair və yazıçıların kitab haqqındakı fikirləri daha maraqlıdır. Böyük Nizami kitabı “tükənməz mənəvi qida”, A.S.Puşkin “qəlbə həmdəm”, V.Q.Belinski “zəmanənin həyatı”, M.Qorki “bilik, xoşbəxtlik və səadət mənbəyi” adlandırmışlar. V. Şekspir kitabı “tacdan qiymətli”, Y.Komenski “müdrikliyi yayma vasitəsi”, M.Siseron “kitabsız evi ürəksiz bədən” kimi təsəvvür etmişlər. Xalqın savadlanması və maariflənməsi uğrunda aparılan mübarizədə kitabın müstəsna rolunu qiymətləndirən böyük mütəfəkkir M.F.Axundov 1877-ci ilin yanvarında H.Zərdabiyə yazdığı məktubunda deyirdi: “Sənin muradın o vaxt kamilən bitər ki, bizim, hətta çobanlarımız da prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas taifəmiz də oxumaq bilə" Böyük Sabir “Kitab-sənin ilk dostundur”, maarifpərvər alim H.Zərdabi isə “Yaxşı kitab - qiymətli dəfinədir” demişdir.
Təbiidir ki, kitablar ictimai-siyasi mübarizələr tarixində mühüm rol oynamışdır. Bu mübarizələrdə, hər hansı bir tarixi dövrdə hakim sinfin ideologiyasını təbliğ edən kitablarla yanaşı, məhkum siniflərin, geniş xalq kütlələrinin arzusunu tərənnüm edən kitablar da yaranıb yayılmışdır. Ən başlıcası budur ki, kitab səhifələrində sinfi mübarizələr tarixi əks olunmuş, əsrdən-əsrə, nəsildən-nəslə çatmışdır.
Təbiidir ki, yaxşı kitab oxucuya gözəl insani duyğular, yüksək əxlaqi keyfiyyərtlər-insanpərvərlik, vətənpərvərlik, qəhrəmanlıq və s. aşılayaraq onu pis əməllərdən, çirkin niyyətlərdən çəkindirir. Böyük ədib M.Qorki məhz bu mənada kitabı özünün müəllimi, məktəbi hesab etmiş və özündəki yaxşı cəhətlər üçün kitaba borclu olduğunu bildirmişdir. O, kitabı “möcüzələr möcüzəsi” adlandıraraq, belə tövsiyə edirdi: “Kitabı sevin-o, bilik mənbəyidir, ancaq bilik insana nicat verir; ancaq bilik bizi insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arasıkəsilməz böyük zəhmətinin səmərəsi olan gözəl bəhrələri ürəkdə nbəyənməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı adam edər”.
Şəninə qiymətli kəlamlar söylənilən kitab, insan əməyinin məhsulu olduğu üçün daha çox qiymətlidir. Lakin kitabla insan arasında və cəmiyyət arasındakı qarşılıqlı dialektik vəhdət onunla nəticələnir ki, kitab öz yaradıcısını yenidən tərbiyə edir, onu qüdrətli və daha kamil bir insana çevirir, insan isə növbəsində daha qiymətli, daha keyfiyyətli kitab yaradır. Elə kitab ki, o ölməzlik hüququ, əbədi yaşamaq hüququ qazanmış olsun. Azərbaycanın xalq şairi S.Vurğun belə kitablar haqqında demişdir:


Hər sözü bir ulduz, bir şəffaf almaz,
Mənalar dünyası qaranlıq deyil.
Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür, bir anlıq deyil.


Bu müdrik fikirlərdən, qiymətli kəlamlardan belə bir mühüm nəticə çıxır ki, kitab ən mühüm məlumat mənbəyi, siyasi və ideoloji mübarizə silahı, bilik, təlim və tərbiyə vasitəsidir.

    27-01-2012, 11:16    Çap et