Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və "Tərbiyət kitabxanası" Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.
1300-cü günəş ilində Təbrizdə yaradılan Tərbiyət kitabxanası İranın birinci dövlət kitabxanasıdır.
Kitabxana Məhəmməd Ali Tərbiyət tərəfindən "Maarif ümumi kitabxana və qiraətxana" adı altında Məhəmmədiyə mədrəsəsinin otaqlarının birində, Hərəmxana məhəlləsində qurulub və 1312 günəş ilində indiki yerinə, Danişsəra xiyabanına köçürülüb. Kitabxanadakı xətti nüsxələr inqilabdan sonra Təbriz Milli Kitabxanasına aparılıb. Rəb rəşidi vəqfnaməsi ki İranın birinci səbt olunmuş əsəridir bu kitabxanada saxlanılır.