Haqqında
Rayonun ərazisi 31,6 кvadrat kilometr (3160 hektar), əhalisi 253,7 min nəfərdir. Əhalinin ümumi sayının 49,0 faizini kişilər, 51,0 faizini qadınlar təşkil edir. Xətai rayinunda 23.044 nəfər (5662 ailə) məcburi köçkün və 10.232 nəfər (2245 ailə) qaçqın məskunlaşmışdır.
Rayonda 1 ərazi icra nümayəndəliyi, 2 bələdiyyə (Xətai bələdiyyəsi və Əhmədli bələdiyyəsi), 4 seçki dairəsi (33, 34, 35 və 36), 38 orta ümumtəhsil məktəbi, 47 uşaq bağçası-körpələr evi, 15 səhiyyə müəssisəsi, 1 mədəniyyət mərkəzi, 3 kitabxana, 1 kinoteatr, 4 musiqi məktəbi, 2 yeniyetmələrin yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Eyni zamanda rayon ərazisində bir sıra respublika əhəmiyyətli təşkilatların inzibati binaları da yerləşir. Bunlardan Ali Məhkəmə, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Baş Polis İdarəsi, «AZƏRİQAZ» İB, Mətkəzi Neftçilər Xəstəxanası, Respublika Perinatal Mərkəzi, «Azərnefyağ» NEZ, Neft Kəmərləri İdarəsi, Xəzər Dəniz Neft Donanma idarəsi, MSN-nin "Üfüq" İB, Sərhədçi İdman Olimpiya Mərkəzi, AFFA, DİN-nin İdman cəmiyyəti, Sərhədçi Akademiyası, C.Naxçıvanski adına hərbi lisey, Heydər Əliyev adına Ali hərbi məktəb və s. göstərmək olar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu, bütün ölkənin və eləcə də regionların sosial-iqtisadi inkişafına yönəlmiş səyləri əhalinin güzaranının yaxşılaşdırılmasına, onların maddi rifah halının yüksəldilməsinə istiqamətləndirilmiş fəaliyyəti yerlərdə ictimai-siyasi sabitliyin qoronub saxlanılmasını təmin etmişdir. Bu sabitlik şəraitində rayonda 25 siyasi partiya, 32 ictimai təşkilat, 7 dini icma, 2 məscid və 1 kilsə fəaliyyət göstərir. Rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sıralarında 16 mindən yuxarı üzv birləşir.



