21 yanvar, 2011-ci il tarixdə Xətai rayon MKS-in 1 saylı filialında “Vətən uğrunda əbədiyyətə qovuşanlar ölməzdir” başlığı altında söhbət keçirildi. Tədbiri giriş sözü ilə 1 saylı filialın xidmət şöbəsinin müdiri Şamoy Orucov açaraq, o, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli heysiyyətimizdə doğan günəşin qızıl şəfəqlərini simvolizə etməsindən, vətəndaşlarımızın o gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyəsinin qorxunc qaragüruhuna qarşı sinə gərməyini və s. bu kimi fikirləri tədbir iştirakçılarına çatdırdı.
Kitabxananın fəal oxucusu Sənubər Ağayeva B.Vahabzadənin “Şəhidlər” adlı şeir parçasını söylədi. 1 saylı filialın böyük kitabxanaçısı Nərgiz Əliyeva sərgi əsasında göstərdi ki, azərbaycanlıların necə özgürlük savaşına qalxdığını, pozulmuş hüquqlarını, suverenliyinin bərpası uğrunda və törədilmiş faciə ilə bağlı ətarflı məlumat verdi.
Xətai rayon MKS-in 1 saylı filialının Kitabişləmə və metodiki şöbəsinin müdiri Əsli Süleymanova 1993-cü ildən başlayaraq 20 yanvar faciəsinin xalqımızın tarixindəki yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönümdə mühüm işlər görülməsindən söz açdı.