Xətai rayon MKS-in 4 saylı filialı 20 yanvar Hüzn günü ilə əlaqədar sərgi və söhbət təşkil etdi. Xətai rayon MKS-in böyük kitabxanaçısı Albina Uzbekova 1990- cı ilin 20 yanvarından bəri bu ildönümləri bir qayda olaraq yalnız hüzn günü kimi qeyd edilməsindən, o günü bir üzüntü ilə anmasından söz açdı.
138 saylı məktəbin 7-ci sinif şagirdi Kəmalə Paşazadə Azərbaycan xalqının tarixdə bu günün həm düşündürücü, həm də qorxunc günlər kimi yadda qalmasını qeyd etdi. 64 saylı məktəbin şagirdləri Fatimə Paşayeva və Əfsanə Quliyeva 20 yanvar günü ilə bağlı Z.Yaqubun bu tarixə günə həsr olunmuşşeir parçalarını tədbir iştirakçılarına çatdırdı.
Sonda bu günlə bağlı sərgi təşkil edilmişdir və sərgiyə baxış keçirdilər.