Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Azərbaycan milli balet sənətinin əfsanəsi-Leyla Vəkilova


 Azərbaycan milli balet sənətinin əfsanəsi-Leyla Vəkilova


Həyatı

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Yaradıcılığı

Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmşdir. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasma malik sənətkar olub.
İfası həmişə özünün emosional lətafəti, ülviyyəti, zərifliyi, cazibəli coşğunluğu, hərarətli qaynarlığı, fəza boşluğunda yaratdığı nağılvarı görünüşü ilə seçilib. Səhnədə son dərəcə çevik, hərəkətlərinin plastikası ifadəli və dərin məzmunlu idi, sanki dil açıb danışırdı.
Sənətkar yöndaşları diqqət və səmimiyyətinə, hərəkətlərinin psixoloji dərinliyinə, ünsiyyətinin təbiiliyinə və təbii canlanmağına görə Leyla xanımla bir tamaşada oynamağa xüsusi cəhd göstəriblər. Səhnə boyu uzanan, geniş miqyaslı lirik, dramatik və ehtiraslı hərəkətlər toplusundan ibarət mizanları icra etməkdə böyük peşəkar səriştəsi vardı.
Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla ("Sonalar gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Gülşən ("Gülşən", Soltan Hacıbəyov), Aişə, Sari ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan), Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov) partiyalarını ifa edib. Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
Leyla xanım Vəkilova Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslavakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.
Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində kiassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

    23-01-2012, 10:36    Çap et