Xətai rayon MKS-in 2 saylı filialında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Milli faciəmizin ibrət dərsləri” başlığı altında sərgi və söhbət təşkil olundu.
Tədbiri 2 saylı filialın böyük kitabxanaçısı Sürəyya Əliyeva açaraq Qara Yanvar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda gedən bu mübarizənin tarixə qəhrəmanlıq kimi yaddaşlarda qalmasından söz açdı.
Kitabxanaçı Gülarə Səfərova tədbirdə iştirak edən məktəbli şagirdlərə Sovet İttifaqı dağıldıqdan sonra digər ölkələr kimi Azərbyacanın necə müstəqillik əldə etməsi, lakin bunu gözü götürməyən rus imperiyası ermənilərdən istifadə edərək, 1990-cı ilin yanvarında Azərbaycana hücum etdiyi gündən və həmin gün Bakının dağüstü parkı qara libas geyinməsini iştirakçılara çatdırdı.
Tədbirdə 261 №li məktəbin şagirdləri Hüseynova Jalə və Məhərrəmova Fəridə Ramiz Məmədzadənin "O gecə", Z.Yaqubun "Qalmaz" adlı şeir parçalarını söylədilər.
Tədbirin sonunda filialın kollektivi bu söhbətlə bağlı sərgiyə baxış edtilər.