Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Akademik Əlisöhbət Sumbatzadə "105"


Akademik Əlisöhbət Sumbatzadə "105"


Həyatı

Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. Əlisöhbət Sumbatzadə özünün elmi potensialına, müxtəlif elmlərə yaxından bələd olmasına, elmi təcrübəsinə söykənərək, Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərmiş və uzun illərdən bəri apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə, müdrik çağında "Azərbaycanlılar – etnogenez və xalqın formalaşması" adlı son dərəcə vacib monoqrafiyasını yazdı və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoydu.
XlX əsrdə Azərbaycanın ictimai-iqtisadi tarixinin bütün mənzərəsinin elmi təhlilini vermək üçün onun sənaye həyatının öyrənilib tədqiq edilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Bu vacib, ümdə problemin elmi həlli də tarixşünaslığımızda yenə böyük alimin adı ilə bağlıdır. 1964-cü ildə "Elm" nəşriyyatı tərəfindən buraxılan "XIX əsrdə Azərbaycan sənayesi" adlı əsəri ilə müəllif tarixşünaslığımızda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoydu.
1970-ci ildə Leninqradda (Sankt Peterburq), 1974-cü ildə Budapeştdə İqtisadi tarix üzrə keçirilən Beynəlxalq konqreslərdə akademik Əlisöhbət Sumbatzadənin və onun başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyətinin səmərəli fəaliyyətini iqtisad elmimizin yadda qalan nailiyyətlərindən hesab etmək olar.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın inkişafı barədə reallıqların beynəlxalq elmi aləmə çatdırılmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. 1958-ci ildə Azərbaycan E.A. Şərqşünaslıq İnstitutu təşkil olunduqdan sonra Ə.S.Sumbatzadə həmin elm mərkəzində öyrənilən "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri olmuşdur.
Akademik Ə.S.Sumbatzadəni respublikamızda və ondan kənarda həm də bacarıqlı elm təşkilatçısı kimi tanıyırdılar. 1957-1959-cu illərdə Azərbaycan EA-nın vitse-prezidenti, sonra Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru və İctimai elmlər bölməsinin akademik-katibi vəzifəsində işləyərkən, onun təşkilatçılıq fəaliyyəti özünü daha bariz şəkildə göstərmişdir. Onun rəhbərliyi altında aparılan tədqiqatlar xalqımızın milli tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, incəsənəti, dili, ədəbiyyatı, iqtisadiyyatı, fəlsəfi fikri və şərqşünaslığının ən ümdə problemlərinin araşdırılmasına yönəldilmişdir. XX əsr haqqında düşünərkən onun xalqımızın tarixində, mədəni həyatında hansı izlər buraxdığı istər-istəməz gözümüz önündə canlanır. Azərbaycanın iki dəfə müstəqillik qazanması, elm, təhsil ocaqlarımızın yaranıb inkişaf etməsi, respublikamızın dünyada tanınması və onlarca yadda qalan digər hadisələr məhz bu əsrlə bağlıdır. Lakin bütün bunlarla yanaşı, XX əsr həm də xalqımızın yaddaşında neçə-neçə elm xadimlərimizin yaşayıb-yaratması, tarixə çevrilməsi ilə yadda qalacaqdır. Onların sırasında elmi irsi, neçə-neçə sanballı monoqrafiyaları ilə yanaşı, həm də xüsusi görkəmi, ali elmi məclislərdə özünəməxsus çıxışları, çoxlarına nəsib olmayan hazırcavablığı, müdrik məntiqi və natiqlik məharəti ilə seçilən Əlisöhbət Sumbatzadə adlı bir elm cəfakeşinin də olması şübhəsizdir.

    18-01-2012, 15:00    Çap et