Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımov


Həyatı

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi. Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub. Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olana qədər baş rejissor işləyib. 1958-ci ildə kinostudiyaya işə qəbul olunaraq "Azərbaycanfilm"də çəkilən "Səhər" kinolentində rejissor kimi çalışıb. Elə həmin il rus dram teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq yenidən Akademik teatra quruluşçu rejissor götürülüb. Tofiq Kazımov 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin "Qızıl axtaranlar" (dramaturq: Həsən Seyidbəyli) operettasma quruluş verib. Naxçıvan teatrında Məmmədəli Tarverdiyevin "Kölgəli dağ" (1964), Quba teatrında Rza Şahvələdin "Qız qalası" (1961), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (1963), Gəncə teatrında Altay Məmmədovun "Yadındamı" (1969) dramlarına quruluş verib. Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Tofiq Kazımov 1965-ci ildə "Antoni və Kleopatra" (Uilyam Şekspir) və 1979-cu ildə "Şəhərin yay günləri" (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltiflənib. Respublikanın əməkdar incəsənət xadimi (1961) və xalq artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb. Akademik teatrda sıravi rejissor kimi Karlo Haldoninin "Məzəli hadisə" (1952), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Lope de Veqanın "Sevilya ulduzu" (1953), "Dəlilər" (1963), Maksim Qorkinin "Vassa Jeleznova" (1954), Rəsul Rzanın "Qardaşlar", Nazim Hikmətin "Qəribə adam" (1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Şıxəli Qurbanovun "Əcəb işə düşdük", Aleksis Parnisin "Gözıllik və sevgi adası" ("Afrodita adası", 1961), Viktor Hüqonun "Mariya Tüdor" (1962), Sabit Rəhmanın "Sevimli rollar" (1963) pyeslərinə səhnə təfsiri verib. Baş rejissor kimi Akademik teatrda Vilyam Şekspirin "Antoni və Kleopatra" (1964), "Hamlet" (1968), "Fırtına" (1974), İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" (1964), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Bağlardan gələn səs" (1975), Cəlil Məmmədquluzadənin "Ölülər" (1966), Şıxəli Qurbanovun "Sənsiz" (1967), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1969), Branislav Nuşiçin "Nazirin xanımı" (1970), Sabit Rəhmanın "Yalan" (1965), "Küləklər" (1970), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (1971), Yucin O'Nilin "Qızıl" (1971), Cəfər Cabbarlının "Aydın" (1972), İmran Qasımovun "Nağıl başlananda" (1973), Aleksandr Vampilovun "Övlad" (1974), Məmməd Səid Ordubadinin "Qılınc və qələm" (1976, səhnələşdirəni özüdür), Maqsud İbrahimbəyovun "Ümid" (1976), Mirzə İbrahimovun "Bəşərin komediyası və yaxud Don Juan" (1977), Anatoli Safronovun "Daşqın", Dmitri Asenovun "Qızıldan qiymətli" (1977), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1978), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" (1978), "Yastı təpə", Taufiq əl Hakiminin "Karıxmış sultan" (1980) pyeslərini tamaşaya hazırlayıb. Tofiq Kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb etdi. Tofiq Kazımov yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirdi. Tofiq Kazımov, sözün əsil mənasında, hazırladığı səhnə əsərlərində "tamaşanın müəllifi" səviyyəsinə yüksəlirdi. Tofiq Kazımov səhnəni maksimum dərəcədə boşaltmağa çalışır və bununla fəza (məkan) genişliyinə nail olurdu. Səhnə tərtibatındakı "xəsislik" əsas diqqəti aktyora yönəldirdi. Tofiq Kazımov qaysaqlanıb köhnəlmiş səhnə şərtiliklərini cəsarətlə sındırırdı. Onun quruluş verdiyi tamaşalarda pərdə obraz-rəmzə çevrilirdi. Tofiq Kazımov klassik dramlara "doğma", "toxunulmaz" kimi baxmaq flkrinin əleyhinə çıxır, həmin əsərlərin tamaşalarında cəsarətli eksperimentləri, inamlı axtarışları, dəyərli nəticələri ilə diqqəti cəlb edirdi. Tofiq Kazımov səhnədə məşq prosesində tamaşanın kompozisiyasını qurandan sonra ecazkar improvizələr edir, gözlənilməz fəlsəfi-estetik qənaətlərə gəlirdi. Bədii materialın səhnə təfsirində Tofiq Kazımovun əsas "silahı" poetik, psixoloji, dramatik flkir yükü daşıyan mizanlar idi. Tofiq Kazımovun tamaşalarında obraz üçün məxsusi yazılmış mahnıları aktyorlar özləri oxuyurdular. Buna görə də ifaçı səhnədə həmişə obrazda olur və bununla da vəziyyəti bilavasitə yaşayırdı. Tofiq Kazımov "özgələşmə effekti"nin milli formasını yaratmaq üçün epik teatrın ünsürlərindən cəsarətlə və novatorcasma bəhrələnirdi. Tofiq Kazımovun hazırladığı tamaşalarda divar, qapı, pəncərə və sairə əşyalar (obyektlər) həm özünün konkret məişət mahiyyətini yerinə yetirir, həm də atribut-obraza çevrilirdi. Akademik teatrda həmişə gənc qəhrəman rolları tanınmış, müəyyən fəxri adlarla təltiflənmiş 50-60 yaşlı aktyorlara verilirdi. Bu səmərəsiz ənənəni məhz Tofiq Kazımov cəsarətlə sındırdı. O, "Sən həmişə mənimləsən" tamaşasında 18 yaşlı Nargiləni tələbə Amaliya Pənahovaya, "Ölülər"dəki gənc İsgəndəri 28 yaşlı Həsən Turabova... tapşırdı. Tofiq Kazımovun tamaşalarında həm fikir, həm də estetik forma baxımından həmişə təzətərlik, təravət vardı. Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkKür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. Tofiq Kazımovun tamaşalarının finalı özü bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində coşğunluq, əzəmət, hayqırtı olan tərzdə tamaşaçılara çatdırılırdı. Milli rejissuramızın korifeylərindən sayılan Tofiq Kazımovun məzarı Bakıda ikinci Fəxri xiyabandadır.

    13-01-2012, 17:37    Çap et