Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Publisist, alim Ruhulla Axundov


Publisist, alim Ruhulla Axundov


Həyatı

Ruhulla Əli oğlu Axundov 1897-ci il yanvarın 13-də Bakının Şüvəlan kəndində müəllim ailəsində anadan olub. Dörd yaşı olanda atası vəfat edib, çətinliklərlə böyüyüb. Əvvəlcə kənd məktəbində təhsilə başlayan, sonra Bakı şəhər birinci realnı məktəbində oxuyan sakit təbiətli, mütaliəyə meyilli Ruhulla Axundov 1916-cı ildən mətbəədə korrektor və tərcüməçi işləyib. 1917-1920-ci illərdə inqilabi mübarizədə iştirak edib, bolşevik partiyası sıralarına daxil olub. O, "Bakıətrafı fəhlə, əsgər və matros deputatları şurasının əxbarı" (1918), "Hürriyyət" (1919), Azərbaycan dilində çıxan gizli bolşevik "Kommunist" qəzetlərinin (1919) redaktoru olub. 1920-1921-ci illərdə Moskvada V.İ.Leninlə görüşüb. Sonralar AK(b)P BK-nın katibi, AK(b)P MK katibi, "Azərnəşr"in direktoru, ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi kimi mühüm vəzifələrdə çalışıb.
Marksizm-leninizm klassiklərinin əsərlərinin, Kommunist Partiyasının ikinci proqramının Azərbaycan dilinə tərcüməsində iştirak edib, "Kənd füqərası", "Bakinski raboçi", ikicildlik "Rusca-türkcə lüğət"in redaktoru olub. Azərbaycan SSR və SSRİ MİK-in üzvü, ÜİK(b)P-nin bir neçə qurultayına, Kominternin II konqresinə nümayəndə seçilib. Lenin ordeni ilə təltif edilib.
1927-1930-cu illərdə Azərbaycanın xalq maarifi komissarı olan Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə yazırdı ki, tarix Azərbaycanın öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin avanqardı olmaq kimi bir vəzifə qoyub. Bəs, savadsız Azərbaycan lazımi mədəni səviyyəyə çatmadan Şərq ölkələrinin rəhbəri ola bilərmi?
1923-cu ildən yeni əlifbanın tətbiqi məsələsində fəallıq göstərən Ruhulla Axundov Yeni Əlifba Komitəsinin orqanı olan "Yeni yol" qəzetinin səhifələrində bu mövzuda bir sıra məqalələrlə çıxış edib.
Xalq maarifi sahəsində məktəbəqədər tərbiyə müəssisələrinə özək kimi dəyər verən Ruhulla Axundov tədris plan və proqramlarının keyfiyyətini yaxşılaşdırmağı vacib sayırdı.
O, Azərbaycan K(b)P-nin VIII qurultayında xalq maarifi haqqında məruzə edib, bu sahədəki nailiyyətlərdən danışıb, məcburi pulsuz təhsili həyata keçirməyin, məktəbəqədər tərbiyə müəssisələrinin, kənd yerlərində yeddiillik məktəblərin sayının artırılması zəruriliyini göstərib. Ruhulla Axundov həmin qurultayda stabil tədris proqramları, ideyaca daha sağlam dərsliklər yaratmaq, texniki təhsilə diqqəti artırmaq, müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq və s. mühüm məsələlərdən də bəhs edib.
Ruhulla Axundov Azərbaycan xalq maarifi komissarı olarkən SSRİ XKS və ÜİK(b)P MK-nın qərarı ilə əlaqədar kənd məktəblərində kənd təsərrüfatı təmayülü üzrə geniş tədbirlər həyata keçirilir, şagirdlərə aqronomluq və zootexnik ixtisasları üzrə minimum biliklər verilən məktəblər üçün torpaq sahələri ayrılır, şagirdlərin ictimai-faydalı əməyinə xüsusi diqqət yetirilir.
1929-cu ildə savadsızlıqla mübarizə daha da güclənir, Azərbaycan XMK bu məqsədlə bir sıra tədbirlər həyata keçirir: kurslar təşkil edir, kitabların qiymətini ucuzlaşdırır. 1929-1930-cu illərdə Azərbaycanda ümumtəhsil məktəblərinin sayı təxminən 2000-ə çatdırılır. Bütün bu tədbirlərdə xalq maarifi komissarı, ictimai xadim, vətənpərvər alim kimi Ruhulla Axundov fəal iştirak edib.
Azərbaycanda yeni əlifbanın tətbiqini böyük nailiyyətlərdən sayan Ruhulla Axundov Azərbaycan ədəbi dilinin inkişafına böyük qayğı göstərib. 1928-ci ilin yanvarında maarif komissarının təşəbbüsü ilə I Ümumazərbaycan imla konfransı keçirilib, imlanın təkmilləşdirilməsi, vahid imla prinsiplərinin tətbiqi kimi məsələlər geniş müzakirə edilib.
Gəncləri sevən, onlara qayğı ilə yanaşan görkəmli maarif xadimi və istedadlı alim Ruhulla Axundov bədii ədəbiyyat sahəsinə gələn gənclərin yaradıcılığına istiqamət verib, onları hər cür qərəzkar hücumlardan qoruyub.
O, həyatının son illərində Partiya Tarixi İnstitutunda, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında rəhbər vəzifələrdə çalışıb.
Ruhulla Axundov repressiyaya məruz qalıb, 1938-ci ildə vəfat edib.

    13-01-2012, 17:29    Çap et