Yanvarın 16-da Xətai rayon MKS-də "Qanla yazılmış şərəf salnaməsi" adlı tədbir keçiriləcək.
Tədbir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qara Yanvar və ya 20 Yanvar faciəsinə həsr olunub. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının qəhrəmanlığından, şəhidlik zirvəsindən, keçmiş SSRİ rəhbərliyinin vəhşiliyindən geniş söhbət açılacaq.