Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Şərqdə ilk opera “Leyli və Məcnun”


Şərqdə ilk opera “Leyli və Məcnun”


«Üzeyir Hacıbəyovun yaradıcılığı elə möhtəşəm qüvvədir ki, Azərbaycan musiqisinin qədim ənənələrini yerindən oynadaraq canlandırmış, xalq musiqi yaradıcılığının tükənməz imkanlarını aşkara çıxarmışdır». Qara Qarayevin bu sözləri Üzeyir Hacıbəyovun yaradıcılıq dəst-xəttini, qayəsini, sənət amallarını, Azərbaycan musiqisindəki tarixi rolunu və musiqimizə gətirdiyi yeniliklərin mahiyyətini çox gözəl əks etdirir. 95 il bundan əvvəl yaratdığı «Leyli və Məcnun» operası ilə Azərbaycan professional bəstəkarlıq məktəbinin təməl daşını qoyan Ü.Hacıbəyov hərtərəfli istedadını, biliyini, bacarığını onun inkişafına yönəltmiş və bununla da Azərbaycan musiqisinin yüksək zirvələr fəth etməsi və dünya miqyasında tanınması üçün zəmin hazırlamışdır. Lakin Azərbaycan musiqisinin əlçatmaz zirvəsi elə Ü.Hacıbəyovun öz yaradıcılığıdır, onun yaratdığı sənət incilərinin hər biri musiqimizin şah əsərləridir – desək, yanılmarıq.
Ü. Hacıbəyov «Leyli və Məcnun» muğam operası, «O olmasın, bu olsun», «Arşin mal alan» musiqili komediyaları, «Aşıqsayağı» triosu, «Sənsiz» və «Sevgili canan» qəzəl-romansları, «Koroğlu» operası və s. əsərləri ilə Azərbaycan musiqisində bütün bu janrların klassik nümunələrini yaratmış, «Azərbaycan xalq musiqisinin əsasları» fundamental tədqiqat əsəri ilə musiqi elminin bünövrəsini qoymuşdur. Bunlar Azərbaycan musiqisində Qərb və Şərq musiqi ənənələrinin qovuşma nöqtəsini tapan Ü.Hacıbəyovun axtarışlarla dolu yaradıcılıq yolunu əks etdirən sənət əsərləridir.
Parlaq dramaturji istedada və publisistik qələmə malik olan Üzeyir bəy «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər» adlı məqaləsində bu əsərlərin yaranma tarixini əhatə edən dövr ərzində ciddi bir yaradıcılıq yolu keçdiyini qeyd edirdi. Həqiqətdə isə bu, təkcə Ü. Hacıbəyovun deyil, bütün Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi təkamül yoludur. Və bu yoldakı ilk addım «Leyli və Məcnun» muğam-operasıdır.

Şərqdə ilk opera “Leyli və Məcnun”


F.Əmirov yazırdı: «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər keçilən böyük sənət yolu gərgin yaradıcılıq axtarışları və qiymətli sənət kəşfləri ilə zəngin bir yoldur.»
Bəzən musiqişünaslıqda «Leyli və Məcnun» operasının Ü.Hacıbəyovun birinci əsəri olduğu üçün hələ musiqi təcrübəsinin azlığına görə muğamlara əsaslandığını, əsil yüksək səviyyəli əsərlərin yalnız Sovet dövründə yarandığını, bəstəkarın istedadının məhz sovet dövründə çiçəkləndiyini iddia edərək, bununla «Leyli və Məcnun»un həm Ü.Hacıbəyovun yaradıcılığındakı, həm də Azərbaycan musiqisindəki əhəmiyyətini azaldırlar. Lakin yaddan çıxartmaq olmaz ki, muğam şifahi ənənələrə əsaslanan professional sənətdir. Müğamın yaradıcıları və ifaçıları professional xanəndə və sazəndələrdir. Bu sənətkarlar yarandığı vaxtdan bu günümüzə qədər səhnəmizi bəzəyən «Leyli və Məcnun» operasın da iştirakı özləri üçün ən çətin və şərəfli bir yaradıcılıq sınağı hesab edirlər.
Onu da deyək ki, məhz muğam sənəti Azərbaycanda bəstəkar yaradıcılığının – yazılı ənənələrə əsaslanan professional sənətin formalaşmasına təkan verib. Artıq bir əsrə yaxındır ki, Azərbaycanda professional sənətin iki qütbü – şifahi (muğam) və yazılı (bəstəkar) – yanaşı inkişaf edərək, bir-birinə qarşılıqlı təsir göstərməkdədir və «Leyli və Məcnun» bu iki qütbün ilk dəfə qovuşduğu müstəvidir.
«Leyli və Məcnun» musiqi tarixindən bildiyimiz milli bəstəkarlıq məktəblərinin yarandığı dövrlərdə meydana gələn opera sahəsindəki ilk və zəif təcrübələrdən biri olmadı. «Leyli və Məcnun» ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi.
E.Abasova yazır: «Muğam sənəti dünya xalqlarının zəngin musiqi xəzinəsində unikal olduğu kimi, muğam operaları da opera janrı tarixində unikal hadisədir. Musiqili-səhnə janrının keçdiyi uzun tarixi yol boyu ilk dəfə olaraq, Şərqin şifahi ənənəli musiqi mədəniyətinin daxilindən təbii şəkildə və tədricən ona mütənasib elə bir forma yarandı ki, o, bəstəkar yaradıcılığında müxtəlif formaların inkişafı baxımından da perspektivli oldu».
Artıq janrın adı muğamın bəstəkar yaradıcılığındakı mühüm rolunu vurğulayır. «Muğam-operası» sözünün mahiyyəti Şərq və Qərb ənənələrinin qovuşma nöqtəsini açıqlayır. Lakin bu, əsrlər boyu böyük təkamül yolu keçmiş Şərqin muğam və Qərbin opera formalarının zahiri qovuşması deyil.
Ü.Hacıbəyov «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər» məqaləsində yazırdı: «Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi».
Ilk baxışdan sadə görünən bu fikir böyük əhəmiyyətə malik idi: muğamların musiqi dramaturji ideyaya tabe olunması onları Avropa klassik musiqi ənənələrinə yaxınlaşdırmışdı. Bu, irəliyə doğru böyük bir sıçrayış, milli musiqi mədəniyyətinin inkişafının yeni məcraya yönədilməsi idi. Bu, şifahilikdən yazılı ənənələrə keçid idi.
Ü.Hacıbəyovun uşaqlıqdan dərindən mənimsədiyi, qanına, canına hopduğu, melodikasını, lad quruluşunu gözəl bildiyi muğamlardan və xalq musiqi nümunələrindən istifadə müəllif konsepsiyasına əsaslanan vahid bədii ideyanın açıqlanmasına xidmət edirdi. «Leyli və Məcnun» operasının quruluşuna nəzər salsaq, burada operanın bütün komponentlərinin olduğunu görərik: uvertüra, proloq, ariya, xor, ansambl səhnələri – duet, trio, orkestr epizodları, rəqs və s.; dramaturji süjet xətti – surətlərin ekspozisiyası, dramatik konflikt və hadisələrin faciəli sonluğu. Burada ariyaları muğam şöbələri əvəz etmişdir. Xor və ansambl səhnələrində, orkestr epizodlarında xalq musiqi nümunələrindən böyük bacarıqla istifadə olunmuşdur. Ü.Hacıbəyov özü də bəstəkar kimi qələmini sınayaraq, bir neçə nümunə yaratmışdır.
Z.Səfərova yazır: «Ilk Azərbaycan operasının əsas və xarakter xüsusiyyəti ondan ibarət idi ki, əsərdə Ü.Hacıbəyovun özünün bəstələdiyi musiqi ilə xalq musiqisini bir-birindən ayıran səddi tapmaq mümkün deyildi».

Şərqdə ilk opera “Leyli və Məcnun”

    12-01-2012, 13:05    Çap et