Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Şair Qətran Təbrizi - 1000


Şair Qətran Təbrizi - 1000


Azərbaycanın bütün Şərqdə şöhrət qazanan şairlərindən biri, saray ədəbiyyatının ilk görkəmli nümayəndəsı Qətran Təbrizidir. Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadi-abad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadi-abadda almış, sonra Təbrizdə oxumuşdur.
O zaman Azərbaycanda bir neçə feodal dövlət qurumu vardı. Bunlardan biri də paytaxtı Gəncədə olan Şəddadilər dövləti idi.Ərəb xilafətinin çiçəkləndiyi dövrlərdə Gəncə müsəlman aləminin şimalında iri mədəniyyət mərkəzinə çevrilir. Burada universitetlər, məktəblər, fərdi və ictimai kitabxanalar, rəsədxana və tibb mərkəzləri fəaliyyət göstərir. Müsəlman mədəniyyəti qonşu xristian dövlətlərinə məhz buradan yayılır.
Şərqin bir çox ölkələrindən alimlər, şairlər, memarlar, sənətkarlar Gəncəyə axışır. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sarayına dəvət olunur və az bir vaxtda böyük nüfuz qazanır.
Həmin dövrdə ölkənin başında Əbdülhəsən Ləşkəri dururdu və təbii ki, Qətran da bir çox şeirlərini ona və onunla əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu şeirlərdən çıxış edərək, Qətranın Gəncədə yaşadığı dövrü müəyyənləşdirmək mümkündür.
Şerlərindən birində Qətran Rəvvadilər dövlətinin başçısı Əbu Mansur Vəhsudanın Əbdülhəsən Ləşkərinin qonağı kimi Gəncəyə gəlişindən danışır. Qətran yaradıcılığını araşdıran alimlərin fikrincə, bu görüş 1035-1040-cı illər arasında baş verə bilərdi. 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin yarısını yerlə yeksan etmiş dəhşətli zəlzələnin şahidi olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən sonra gəldiyini iddia edirlər. Görünür, şairin yenidən Gəncəyə dönüşünü də istisna etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür. Nasir Xosrov özünün məşhur "Səfərnamə" əsərində Qətran adlı gözəl bir şairlə görüşdüyünü qeyd edir.
Qətran bir müddət Naxçıvanda, yerli hakimlərin saraylarında yaşadıqdan sonra vətəni Təbrizə dönür. Qətran Təbrizi hələ sağlığında ikən istedadlı şair, müdrik filosof və alim kimi bir çox ölkələrdə şöhrət qazanır. Özünün yazdığına görə, onu Xorasanda və İraqda yaxşı tanıyır və sevirdilər.
Qətran "Tövsnamə", "Quşnamə", "Vamiq və Əzra" adlı əsərlərin, habelə əsasən qəsidələrdən ibarət iri həcmli divanın müəllifidir.
XII əsrdə yaşamış Orta Asiya şairi Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə həqiqi şair tanımışdır-həkim (müdrik) Qətran Təbrizini.
Qətran poeziya ilə gənc yaşlarından məşğul olmağa başlamış və bu sahədə böyük yaradıcılıq uğurları qazanmışdı. Şeir yaradıcılığında əsas yeri dövrün müxtəlif hökmdarlarını tərif edən qəsidələr tutur. Bu əsərlər müasir oxucu və tədqiqatçılar üçün qəsidələrdə mədh olunan qəhrəmanların saraylarında baş verən tarixi hadisələri öyrənmək və anlamaq baxımından çox qiymətlidir.
Misal üçün, Qətran Təbrizinin şeirlərində oğuzların Azərbaycana bir neçə yürüşü öz əksini tapmışdır ki, həmin məlumatlar indi bizim üçün böyük əhəmiyyət daşıyır. Onun Təbriz zəlzələsinə həsr olunmuş şeri Qətrana şöhrət gətirmişdir.
Orta əsr mənbələrinə əsaslanan Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, Qətran Təbrizi fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcısı olmuşdur. Bu barədə "Lüğəti-fürs" ("Fars lüğəti") müəllifi, şair və tərtibçi Əsədi Tusi (XI əsr), "Sihahül-fürs" müəllifi Məhəmməd ibn Hinduşah Naxçıvani (XIII əsr) və başqaları yazmışlar.
Məşhur İran şairi Nasir Xosrov Ələvi adını çəkdiyimiz "Səfərnamə"sində Qətranın lüğət üzərində iş prosesini belə təsvir edir: "Təbrizdə mən Qətran adlı bir şairlə görüşdüm. 0, avazla yaxşı şeir oxuyur, ancaq fars dilini pis bilirdi.
O, Dəqiqi və Mənciqin divanlarını mənə gətirib, avazla oxudu və anlaşılmayan sözləri izah etməyimi xahiş elədi. Sonra mənim izahatlarımı qeydə alıb, öz şerlərini oxudu." Əksər alimlər Nasir Xosrovun bu fikirlərini onunla izah edirlər ki, fars (dəri) dili Qətranın ana dili deyildi və o, farsca yazan ilk Azərbaycan şairi olub.
Orta əsr müəlliflərinin əksər qismi bu lüğəti yaradıcısının adı ilə sadəcə "Lüğəti-Qətran", yaxud "Fərhəngi-Qətran" (hər iki ifadə "Qətranın lüğəti" anlamına gəlir) kimi qeydə alır. Sonralar isə bu lüğət "Təfasir fi lüğatül-fürs" ("Fars dili sözlərinin izahları"), yaxud da qısa şəkildə "Təfasir" ("İzahlar") adlandırılır.
Qətran Təbrizi Azərbaycan və İran xalqlarının poeziya və leksikoqrafiya tarixində dərin izlər buraxmışdır.
Qətran 1088-ci ildə Təbrizdə dünyasını dəyişmiş və Surxab məhəlləsindəki məşhur şairlər qəbristanlığında dəfn olunmuşdur.

    12-01-2012, 11:48    Çap et