Qədim tarixə malik olan köhnə Əhmədli qəsəbəsi sakinlərinə xidmət edən MKS-in 4 saylı filialı XX-ci əsrin ortalarinda yaradılmışdır və çox zəngin fonda malikdir.
Filial oxucuların infomasiya təlabatını ödəməklə yanaşı kəndin ictimai-siyasi həyatında fəal iştirak edir. Binanın köhnə və yararsız olmasına baxmayaraq filial kənd əhalisinə səmərəli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərir.
Azərbaycan, rus abonomenti və oxu zalı ilə birlikdə 34839 nüsxə ədəbiyyatla, il ərzində 4311 oxucuya 58788 kitab verilərək kəndin ərazisində fəaliyyət göstərən müəssisələrlə sıx əlaqədə işləyir. Filiala il ərzində 600-ə qədər yeni ədəbiyyat daxil olur və oxucuların istifadəsinə verilir.
Kitabxananın Bakı şəhəri və paytaxtətrafı qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən kitabxananın sökülərək yenidən tikilməsi nəzərdə tutulmuşdur.
Filialın müdiri: Qarayeva Səadət Qurban qızıdır.
MKS-in 4 saylı filialı köhnə Əhmədli qəsəbəsi 2-ci Əhmədli döngəsində yerləşir.
Poçt indeksi: AZE 1032
Filialın telefonu: (012) 375-79-41