Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Afad Qurbanov – Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru


Afad Qurbanov – Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru


Afad Məhəmməd oğlu Qurbanov 10 yanvar 1929-cu ildə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olmuşdur. 1944-cü ildə Dağ İlməzli orta məktəbini bitirmiş və öz kəndlərində müəllimliyə başlamışdır. 1948-ci ildə Tbilisi şəhərində ikiillik müəllimlər İnstitutunu bitirmiş, bir il sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə daxil olmuşdur.
İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Gürcüstanın Başkeçid rayonunun Hamamlı kənd orta məktəbinə direktor təyin edilmişdir.
1955-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna müəllimliyə göndərilmişdir. Bir il orada müəllim işlədikdən sonra elmə olan həvəsi onu yenidən Bakıya gətirmiş, APİ-nin aspiranturasına qəbul edilmişdir. 1959-cu ildə aspiranturanı bitirmişdir.
On il ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildən Afat Qurbanov Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, dosent, professor vəzifələrində çalışmışdır.
A. Qurbanov 1968-ci ildə APİ-nin filologiya fakültəsinin dekanı seçilmişdir. 1981-1989-cu illərdə indiki ADPU-nun rektoru olmuşdur.
A. Qurbanov dilçilik elminin müxtəlif sahələrini əhatə edən çoxcəhətli elmi yaradıcılığa malikdir. Onun elmi tədqiqatlarının mövzu və istiqamətlərinə ümumi dilçilik və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomastika, bədii əsərlərin dili, Ali məktəb pedaqogikası və metodikası və s. daxildir.
Azərbaycan dilçiliyində ümumidilçilik problemini araşdıran ilk alimlərdən biri Afat Qurbanov olmuşdur. Onun "Ümumi dilçilik" (Bakı, 1977) adlı dərsliyi bu sahədə yazılmış ilk dərslikdir. Alimin ümumidilçilik sahəsində apardığı son tədqiqatların nəticələri nəşr etdirdiyi "Dünyanın dil ailələri" (Bakı, 1994) adlı kitabında öz əksini tapmışdır.
Afat Qurbanovun elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutur. Azərbaycan türklərinin dilçiliyində "Türkoloji dilçilik" terminini də Afat Qurbanov irəli sürmüş, "Türkoloji dilçilik" (Bakı, 1993) kitabını nəşr etdirmişdir.
Müasir Azərbaycan ədəbi dili məsələləri ilə Afat Qurbanov dilçilik tədqiqatlarının ilk mərhələlərindən məşğuldur. Apardığı çoxillik araşdırmalar nəticəsində müxtəlif illərdə "Azərbaycan ədəbi və danışıq dili" (1965), "Müasir Azərbaycan dilinin leksikologiyası" (1964), "Müasir Azərbaycan dilində leksik kateqoriyalar" (1966), "Azərbaycan dilinin semasiologiyası" (1964), "Müasir Azərbaycan dilinin frazeologiyası" (1963), "Azərbaycan lüğətçiliyinə dair" (1962) kitablarını nəşr etdirmişdir. Bu tədqiqatların ümumiliyindən "Müasir Azərbaycan ədəbi dili" kitabı meydana gəlmişdir.
Azərbaycan dili onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə Afat Qurbanovun fəaliyyəti ilə bağlıdır. Bu sahədə "Azərbaycan onomastikası". "Azərbaycan onomanikası məsələləri", "Poetik onomastika", "Onomalogiyaya dair elmi-metodik göstəricilər" kitablarını nəşr etdirmişdir. 1988-ci ildə "Azərbaycan dilinin onomologiyası" adlı monoqrafiyası çapdan çıxmışdır.
Afat Qurbanov 1981-ci ildə Respublikasının Əməkdar Elm xadimi fəxri adına, 1991-ci ildə Dövlət Mükafatına layiq görülmüş, 1992-ci ildə Elmin inkişafı və yüksək ixtisaslı kadr hazırlığına görə fəxri fərmanla təltif olunmuşdur, Əmək veteranıdır, 1994-cü ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.
Uzun illər dekan, kafedra müdiri, rektor vəzifələrində çalışması Afat Qurbanova dilçilik fənlərinin tədrisi keyfiyyətini yüksəltməkdə yaxşı təcrübə olmuşdur. Bu sahədə bir sıra elmi-metodik məqalə və kitabçalar çap etdirmişdir.
Hazırda Afat Qurbanov Azərbaycan türk dilinin müqayisəli öyrənilməsi və qrammatikasının uyğunlaşdırılması məsələləri üzərində işini davam etdirir.
Afat Qurbanovun elmi və pedaqoji fəaliyyəti 500 elmi əsərdə öz əksini tapmışdır. Onun 70-dən çox monoqrafiyası; o, cümlədən 50 iri həcmli elmi əsəri, 20 dərslik və dərs vəsaiti nəşr edilmişdir.
8 elmlər doktoru və 52 nəfər elmlər namizədi yetişdirmişdir. Afat Qurbanov bu müddətdə Azərbaycandan başqa - Türkiyə, İran, Rusiya, Türkmənistan, Özbəkistan, Şimali Qafqaz muxtar respublikaları üçün də kadr hazırlamışdır.
Afat Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat etmişdir.

    9-01-2012, 14:33    Çap et