Bakı-Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman.
Şəhərin sahəsi-2 430 km². Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir. Abşeron yarımadasının əhalisinin sayı ilə birlikdə aqlomerasiyanın sayı 2 545,6 min nəfər təşkil edir.
Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000- ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər.
Bakı Azərbaycanın elmi, mədəni və sənaye mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Onların arasında ARDNŞ də var, bu şirkət dünyanın 100 ən iri şirkətlərindən biridir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.
Tarix
Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub.
Neft Daşları
Neft Daşları-dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Ceyms Bondun məşhur sərgüzəştlərindən biri olan "Dünya kifayət deyil" (ing. The World Is Not Enough) filminin əsas kadrları məhz burada-Neft Daşlarında lentə alınmışdır.
Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Əzizbəyov rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
İçərişəhər
Bakı hələ qədim zаmаnlаrdаn təкcə Cənubi Qafqazda dеyil, еləcə də Yахın Şərqdə əhаlinin sıx məskunlaşmış şəhərlərindən biri кimi tаnınmışdır. Əlvеrişli iqlimi, təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan кеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inкişаfınа кöməк еtmişdir. Mülаyim iqlimi, məhsuldаr tоrpаğı, bоl su mənbəyi burаdа əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsаs zəmin оlmuşdu. Təsаdüfi dеyildir кi, hələ еrаmızın əvvəllərində yunаn-roma аstronоmu və cоğrаfiyаşünаsı Кlаvdi Ptolemеy (70-147-ci illər) "Coğrafiya dərsliyi" kitabında Аlbaniyanın ərazisindəki 28 şəhərin аdını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir.
Bакının "müqəddəs" оdlаr diyаrı кimi tаnınmаsı оnun həyаtındа mühüm rоl оynаmışdır. Bəllidir кi, ərəb istilаsınа qədər Аzərbаycаnın müхtəlif vilаyətlərində хristiаn, bütpərəstliк, аtəşpərəstliк dinləri yаyılmış və оnlаrın dini ibаdət yеrləri-mərкəzləri mövcud оlmuşdur. Аtəşpərəstliк dininin əsаs оcаqlаrındаn biri də qədim Bакı idi. Mənbələrdə 624-cü ildə Bizаns impеrаtоru İrакlinin (610-641) Bакıyа gəlməsi və bir çох аbidələri dаğıtmаsı hаqqındа məlumаt dа vаrdır.
İçərişəhər bir növ cаnlı оrqаnizmdir. Onun özünəməхsus tаlеyi vаrdır. Orta əsrlərdə bəzi şəhərlər hərbi, siyаsi hаdisələrdən кənаrdа qаlsа dа, bir qismi tаriхi hаdisələrin güclü burulğаnındа çırpınırdı. Bəzi şəhərlər tаlаn və yаnğınlаrа, fеоdаl çəкişmələrinə, təbii fəlакətlərə tаb gətirməyərəк məhv оlurdu. Bakı şəhəri isə əlvеrişli təbii-iqlim şərаitinə, güclü iqtisаdiyyаtınа, ticаrət və sənətкаrlığının inкişаfınа görə çiçəкlənərəк şöhrət qаzаnmışdı.
İçərişəhər mаhir mеmаrlаrın, sənətкаrlаrın pеşəкаrlığındаn söhbət аçır, bizi ötən qərinələrə аpаrır. Dövrümüzə gəlib çаtmış bu şəhərin dаr, əyri-üyrü кüçələrini, mеydаnçаlаrını göz önünə gətirdiкcə ötən yüzilliкlərdə hакim оlmuş şəhər həyаtının zаmаn keçdiкcə nеcə dəyişdiyini görürüк. Onun divаrlаrı аrаsındа sаnкi кеçmişə qаyıdаrаq, о dövrün səsini duyuruq. İçərişəhərdə izdihаmlı ticаrət mеydаnlаrı, кüçələr və böyüк məhəllələr mеydаnа gəlmişdi. O, sözün əsl mənаsında dахili məhəlli struкturlаrа mаliк olub hər şеydən əvvəl iqtisаdi mərкəz кimi fоrmаlаşmışdı. Bakının inkişaf etmiş şəhər səviyyəsinə yüкsəlməsi üçün mühüm аmillərdən biri də оnun ölкənin sənətкаrlıq mərкəzlərindən birinə çеvrilməsi idi. Burаdа müхtəlif sənət sаhələri fоrmаlаşmış, əmtəə istеhsаlı gеnişlənmiş, (dulus, mеtаl, şüşə məmulаtı və s.), yеrli əhаli lаzım оlаn çохçеşidli mаllаrlа təmin еdilmişdi. Şəhər təsərrüfаtının ən mühüm аmillərindən biri də оnun zəngin əmtəə istеhsаl еtməsindədir. Su təchizatı, sanitariya və kanalizasiya sistemlərinin qurulmаsı, sаnitаriyа qаydаlаrınа əməl еtmə, həmçinin yaşıllaşdırma işi şəhər həyаtındа önəmli yеr tutur. Orta əsrlər Bakısında bütün bu problemlər həll edilmişdi.
Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsil labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki bu dalanlarda atların geriyə dönməsi və ya idarə olunması qeyri mümkün idi. Düşmən əsgərləri isə bu dalanlarda azır, sanki daş tələyə düşürdülər. İkimərtəbəli evlərin damlarından isə hər kəs-uşaq da böyük də düşmənin başına ya qətran, ya qaynar su tökür və ya daş yağdırırdı. Beləliklə şəhər əhalisi dar gündə birlikdə düşmənə sinə gərir, öz vətənini, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi.




Bakıda yeraltı tikintilər
(Su anbarı və Yeraltı yol)
Yeraltı tikintilər-Аzərbаycаnın оrtа əsr şəhər və qаlаlаrındа еhtiyаt üçün tikilmiş yеrаltı gizli yоllаrın оlmаsı hаqqındа çохlu məlumаtlаrа təsаdüf еtmək оlur. Хаlq yаrаdıcılığındа yеrаltı gizli yоllаr hаqqındа çох dаnışılır. Təsаdüfi dеyil ki, şəhər və qаlаlаrın yеrаltı yоllаrı, хüsusi mаrаğа səbəb оlmаqlа yаnаşı, оnlаrın təsаdüfdən yаrаnmаdığı və rеаl həyаtа bаğlı оlduğu аydınlаşır. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar da qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur. İçərişəhərdə məhz bu məqsədlə şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa Qala Qapılarınadək uzanan yeraltı yol inşa edilmişdir. Yeraltı yol qala divarı bürclərindən biri olan dördkünc qala-bürcə (cəbbəxana və ya donjon) qərb və şərq tərəfdən birləşirdi. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək məqsədi daşıyırdı. Bu yeraltı yol hələ də öz strateji və memari əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca “İçərişəhər” metro stansiyasının İçərişəhərə giriş qapısından Qoşa Qala Qapılarına qədər uzanan yeraltı yol, müxtəlif illərdə və bəzi yerlərdə İçərişəhərə giriş qapıları açılması ilə əlaqədar bağlanmışdır. Bu yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı hal-hazırda qalmaqdadır. Bu su anbarı, yaxınlıqda yerləşən ovdan ilə əlaqəlidir. İndi də su ахаn bu yеrаltı yоl vахtilə fəаliyyətdə оlаn böyük su kəmərinin qаlığıdır. Qayada ovulmuş su yollarından həm də yeraltı gizli yol kimi istifadə edilməsi çox maraqlıdır.
Bakı xanlarının evləri
Şirvanşahlar dövlətinin süqutundan sonra XVII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə, Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşamışlar. Bakı xanlığına 39 Abşeron kəndi də daxil idi. 1747-ci ilə kimi Bakı xanlığı İran şahlığından asılı olmuşdur. Bakı xanları şəhəri 1747-ci ildən 1806-cı ilə qədər sərbəst idarə etmişlər. 1806-cı il rusların Bakını işğalından sonra xan sarayında rus hərbi qarnizonu yerləşdirilmişdir. Bu əzəmətli saraydan hal-hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalmışdır. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Son orta əsrlərdə Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı və xan sarayı mövcud imiş. 1985-86-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılmışdır. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı su kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunmuşdur. Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşamışlar: 1747-1765-I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu); 1765-1784-Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu); 1784-1791-II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu); 1791-1792-Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu); 1792-1806-Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).
Administrativ rayonları
Şəhərin İcra başçısı Hacıbala Abutalıbovdur. Bakı aşağıdakı administrativ rayonlara bölünüb:
Binəqədi
Qaradağ
Xətai
Xəzər
Nərimanov
Nəsimi
Nizami
Səbail
Sabunçu
Suraxanı
Yasamal
'''Mikrorayonlar''' Bütün keçmiş Sovet Sosialist ölkələrindəki şəhərətrafı ərazilərdə olduğu kimi Bakıda da mikrorayonlar 1960-cı illərin əvvəlindən etibarən tikilməyə başlanıldı.Yeni mikrorayonların tikilməsilə ərazidə nəqliyyat infrastrukturu da yaranmağa başlamışdır.Belə ki,ilk əvvəllər yalnız avtobuslarla yeni tikilmıiş yaşayış sahələrinə çatmaq olurdusa 1980-ci illərin əvvəlində Memar Əcəmi və 20 yanvar metro stansiyalarının istifadəyə verilməsilə nəqliyyatın vəziyyəti daha da yaxşılaşdı və mikrorayonlar uzaq bir şəhərətrafı ərazi statusunu itirməyə başladı.Mikrorayonlar getdikcə şəhər mərkəzilə müqayisədə bir sıra üstünlüklər əldə etməyə başladı. Ən əsası bu ərazilərdə yaşıllıq sahələrinin mərkəzi ərazilərə nisbətən qat-qat çox olması, havanın təmiz olması, bütün yaşayış evlərinin ciddi plan əsasında sıralanması, nizamlılıq bu kimi üstünlüklər insanları mikrorayonlara olan marağını cəlb etdi və yeni evlər surətlə məskunlaşmağa başladı.
1-ci mikrorayon
2-ci mikrorayon
3-cü mikrorayon
4-cü mikrorayon
5-ci mikrorayon
6-cı mikrorayon
7-ci mikrorayon
8-ci mikrorayon
9-cu mikrorayon
'''Qəsəbələr'''
Əhalisi
2 039 725 nəfər. Əhali sıxlığı-958 nəfər/km². Bakı-Azərbaycanın ən böyük əhalili şəhəridir.
1854-cü ildə əhalinin sayı 8354 nəfər idi.
1863-cü ildə-14500.
XX əsrin əvvəllərində-215 min.
1926-cı ildə-453,3 min.
1989 - cu ildə - 1795 min.
1999 - cu ildə - 1 634 min.
2003 - cü ildə - 2030 min.
2008 - ci ildə - 1 917 min.
2009 - cu ilə olan məlumata görə isə şəhərin əhalisini 2 046,1 min nəfər təşkil edir.
Əsrin Müqaviləsi
20 sentyabr 1994-cü ildə Gülüstan sarayında, Bakıda müqavilə imzalandı, hansı ki, öz böyük əhəmiyyəti nəticəsində Əsrin müqaviləsi adını alır. Əsrin müqaviləsi ən böyük müqavilələr siyahısında, həm karbohidrogen ehtiyatlarına görə, həm də təxmin olunan investisiyaların həcminə görə, öz yerini tutur.
Şirkətlər
Neft və qaz sahəsində dünyanın bir çox neft və qaz şirkətləri məşquldur. Ən iri şirkətlər bunlardır:
AMOKO
BP
ExxonMobil
Statoil
LUKoyl
Total neft şirkəti
SOCAR
Nəqliyyat
Bakı Azərbaycanın ən böyük nəqliyyat qovşağıdır. Şəhərdə bir sıra, Abşeron yarımadası ilə Dağlıq Şirvanı qovuşduran, avtomobil və dəmiryolu magistralları kəsişir. Şəhərdə beynəlxalq hava limanı və dəniz limanı yerləşir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. Bu hava limanı Azərbaycanda yerləşən yeddi beynəlxalq hava limanlarından biridir. Üç terminaldan ibarətdir. Hava limanından Avropaya, Yaxın Şərqə, Cənub-Şərqi və Orta Asiyaya sərnişin və yük reysləri həyata keçirilir.
Dəniz nəqliyyatı
Bakı - Türkmənbaşı, Bakı - Aktau dəmir yolu bərələri beynəlxalq nəqliyyat sistemlərində və dəhlizlərində Azərbaycanın nəqliyyat sisteminin bir hissəsidir.
Boru xətti
Bakı - Tbilisi - Ərzurum qaz boru xətti 2007- ci il 25 mart tarixində rəsmi açılış mərasimi olmuşdur. Boru xəttinin diametri 42 düym uzunluğu isə 970 kilometr təşkil edir(442 km Azərbaycanın, 248 km Gürcüstanın və 280 km Türkiyənin ərazisindən keçir. Hər borunun uzunluğu-11,5 metrdir. Bu boru xəttilə Şah-dəniz proyektinin çərçivəsində çıxarılan qazı ixrac etmək planlaşdırılır.
Bakı - Tbilisi - Ceyhan boru xətti , Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri. Uzunluğu 1773 kilometrdir. Azərbaycandan (449 km), Gürcüstandan (235 km) və Türkiyədən (1059 km) keçir.
Bakı - Supsa Rəsmi açılışı 17 aprel 1999- cu ildə olmuşdur. Boru xətti Azəri-Çıraq-Günəşli proyekti çərçivəsində tikilmişdir. Onun uzunluqu 837 kilometr təşkil edir. Boru xəttinin diametri 530 millimetrdir.
Bakı - Novorossiysk boru xətti-Xəzər neftini rusiyanın, Qara dənizin sahilində yerləşən,Novorossiysklimanına çatdırmaq üçün istifadəyə buraxılmış boru xətti.
Nabukko qaz kəməri-Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. 3 300 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), MOL (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Alman RWE Qaz Şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı olmuşdur. Həmçinin, Fransa şirkəti olan Gas da France də bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Daxili nəqliyyat
Metropoliten
Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətdən, 23 işləyən və iki tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.
Dəmir yolu nəqliyyatı
Hal-hazırda Bakı dəmir yolu vağzalından Moskvaya, Kiyevə, Tiflisə, Sankt-Peterburqa, Xarkova, Tümenə, Rostov-na-Donuya, Ağstafaya, Balakənə, Horadizə, Gəncəyə, Astaraya qatarlar gedir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldıqdan sonra Qarsa və İstanbula marşrutların açılışı gözlənilir.
Funikulyor
Bakı funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. 2 stansiyası var - Bəhram Gur heykəli və Şəhidlər Xiyabanı. Stansiyalar arası məsafə 455 metrdir. Bir stansiyadan digərinə 4 dəqiqəyə çatmaq olur. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpikdir
Abşeron Milli Parkı



Yaradıldığı il: 2005. Sahə (hektar): 783. Olduğu yer: Bakı şəhərinin Əzizbəyov rayonunun ərazisində, Abşeron yarımadası. Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park cənub-şərq qurtaracağında-Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir.
Teatrlar
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Rus Dram Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Bakı Dövlət Sirki
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Gənclər Teatrı
Bakı Marionet Teatrı
Bələdiyyə Teatrı
İctimai Pantomima Teatrı
“Muğam” Azərbaycan Xalq Musiqisi Teatrı
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı
“ÜNS” Teatrı
Yuğ Teatrı
Konsert zalları
Azərbaycan Dövlət Filarmoniyası
Opera Studiyası
Şövkət Məmmədova adına Opera Studiyası
Kapellhaus
Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası
Saray
Heydər Əliyev adına Saray
Konsert zalı
Azərbaycan Dövlət Filarmoniyası yanında Kamera və Boru Orqan musiqisi Zalı
Bakı Caz Mərkəzi
İdman və Konsert Kompleksi
Bakı mətbəxi
Bakı mətbəxi rəngarəng və çeşidli xörəklərlə fərqlənir. Onlar arasında qutab, düşbərə, xəngəl, gürzə, xəmiraşı daha məşhurdurlar. Bakılıların şah yeməyi qoyun əti və şabalıdla qurudulmuş alçanın qarışığından aş, bişirilmiş toyuqla, qayğanaq və limon suyu qarışığından çığırtmalı aş, və s. müxtəlif növ aş nümunələri sayılır. Həmçinin qoyun əti, toyuq, balıqdan hazırlanmış kabablar da məşhurdurlar.
Bakı mətbəxinin şirniyyatı da çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər və s. aiddir. Adətən bu nemətlərin hazırlanması yazın gəlməsi ilə qeyd olunan Novruz bayramı ilə üst-üstə düşür.
Bütün Azərbaycanlılar kimi, Bakılılar da ləziz nemətləri sevirlər. Qida qəbulu isə özlüyündə böyük bir ritualdır ki, bütün qayda-qanunla icra olunur.
Dövlət Bayrağı Meydanı
Dövlət Bayrağı Meydanı-Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.
Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı.
20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Bakı teleqülləsi
Bakıda yerləşən, 310 metr hündürlüyə sahib Azərbaycan Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə nazirliyinin sifarişi ilə inşa edilmişdir. Layihəsi SSRİ Rabitə Nazirliyinin Layihə İnstitutuna məxsus olan teleqüllənin tikinti işləri 1979-cu ildə başlamışdır. Layihəyə əsasən, 1985-ci ildə teleqüllənin tikintisi başa çatmalı idi, lakin müəyyən səbəblərə görə, kompleksdəki inşaat işləri dayandırılmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ildə inşaat işləri yenidən başlamış və 1996-cı ildə onun iştirakı ilə komleksin rəsmi açılış mərasimi keçirilmişdir.