Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










Yazıçı, nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadə-90 (Fotosessiya)


Yazıçı, nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadə-90 (Fotosessiya)


Məhşur yazıçı nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakıda anadan olmuşdur.
1930 - Bakıdakı 38-li yeddillik məktəbin I sinfinə daxil olmuşdur.
1937 - Bakıdakı 38-li yeddillik məktəbi bitirmişdir. “Ədəbiyyat qəzeti”ndə “Əzrayıl” adlı ilk hekayəsi çap olunmuşdur.
1938 - 1941 - Sabir adına Pedaqoji Texnikumda və paralel olaraq Teatr Texnikumunun tənqid şöbəsində təhsil almışdır. 1941-ci il 7 yanvar - Təyyarəçi Məmməd İbrahimovla ailə həyatı qurmuşdur.
1941 - 1944 - Ağsu rayonunun Çaparlı kəndində müəllim işləmişdir.
1945 - Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.
1946 - Azərbaycan Dövlət Universitetini ekstern yolu ilə bitirmişdir.
SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
1946 - 1948 - Teatr Texnikumunda direktor işləmişdir.
1947-1950 - Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur. 1948 - “Hekayələr” adlı ilk kitabı nəşr olunmuş, lakin müəllif “Axmatovşinalıq”da günahlandırılaraq kitab satışa buraxılmadan yandırılmışdır.
1950, 23 fevral - “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1950 - 1955 - Qiyabi Pedaqoji İnstitutda kafedra müdiri işləmişdir.
1955 - 1956 - Xabarovsk Universitetinin Petropavlovsk-Kamçatka filialında müəllim işləmiş, qədim dünya ədəbiyyatından dərs demişdir.
1956 - 1974 - Azərbaycan Əlyazmaları İnstitutunda baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir.
1963 - “Natəvan haqqında hekayələr” adlı ilk (əslində isə ikinci) kitabı nəşr olunmuşdur.
1964 - “Qızımın hekayələri” kitabı nəşr olunmuşdur.
1965 - 1966 - Ailə vəziyyətilə əlaqədar olaraq Afrikanın Qana Respublikasında yaşamış, kitabları üçün material toplamışdır.
1966 - İngiltərədə yaradıcılıq ezamiyyətində olmuşdur.
“Sahibsiz ev” kitabı nəşr edilmişdir.
1968 - Qana Respublikasından bəhs edən “Qızıl sahilə səyahət” kitabı nəşr olunmuşdur. 1970 - “Əllərini mənə ver” adlı kitabı nəşr olunmuşdur. 1970, 3 dekabr - “Azərbaycan poeziyasında xalq şeri üslubu - XIX əsr” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1971 - “Aləmdə səsim var mənim” romanı nəşr edilmişdir.
1974-cü ildən indiyədək - Bakı Dövlət Universitetinin əvvəlcə Azərbaycan ədəbiyyatı tarixi, sonra isə Folklor kafedrasının professorudur.
1974, 10 iyun - professor elmi adını almışdır.
1975 - Yuqoslaviyada olmuş, Bakı və Sarayevo şəhərlərinin qardaşlaşma mərasiminə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Suriyada elmi ezamiyyətdə olmuşdur. 1977 - “Vətənə qayıt” romanı çapdan çıxmışdır. İrak respublikasında elmi ezamiyyətdə olmuşdur.
1979 - Hacıqabul rayonunun Udulu sovetliyinin Tağılı kəndində orta məktəb binası inşa etdirmişdir.
1980 - “Yad et məni” romanı nəşr edilmişdir.
Hacıqabul rayonunun Tağılı kəndində klub, kitabxana və ana abidəsi inşa etdirmişdir.
1981 “Azərbaycan xalq şeri üslubu” (I cild), “Bakı - 1501” və “Aləmdə səsim var mənim” romanı (rusca) nəşr olunmuşdur.
1982 “Anamın nağılları” kitabı nəşr olunmuşdur.
1983 “Cəlaliyyə” kitabı nəşr olunmuşudr.
“Vətənə qayıt” romanı Sarbas Akayevin tərcüməsində Almatıda qazax dilində çapdan çıxmışdır. 1984 “Sənsən ümidim” kitabı çap edilmişdir.
“Gözlənilməyən gəliş” telepyesi tamaşaya qoyulmuşdur. 1985 “Ata haqqı” və “Analar” telepyesləri tamaşaya qoyulmuşdur. 1986 “Xalqlar dostluğu” ordeni ilə təltif edilmişdir. 1987 Suriyada yaradıcılıq ezamiyyətində olmuşdur. “Seçilmiş əsərləri” nəşr edilmişdir.
1987 1995 - Dəfələrlə Türkiyə Cümhuriyyətində olmuş, Kayseri, Ankara, İstanbul, Konya, Ərzurum, Qars, Ədirnə və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda iştirak etmişdir.
1988 “Çiçəklərim” kitabı nəşr olunmuşdur. “Qorxulu həqiqət” telepyesi tamaşaya qoyulmuşdur. 1989 “Ağlar güləyən Sabir” romanı nəşr edilmişdir. 1989 1990 - Şamaxı rayonunun dağıdılmış tarixi Bayat kəndinin yerində qranit abidə inşa etdirmişdir.
1990-cı il 20 yanvar hadisələri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün Hindistan, Sinqapur, Malaziya, Türkiyə və Kiprdə olmuşdur.
İstanbulda “Anamın masalları” kitabı nəşr edilmişdir.
1990 -1994 - İranda iki dəfə yaradıcılıq ezamiyyətində olmuş, “Qurani-Kərim”in Uzun Həsən tərəfindən türkcəyə tərcümə etdirilmiş nüsxəsini əldə etmişdir.
1992 “Eldən-elə” kitabı çapdan buraxılmışdır.
1995 İsraildə yaradıcılıq ezamiyyətində olmuşdur.
“Bir səsin faciəsi” romanı nəşr edilmişdir.
1996 Türkiyənin Ədirnə şəhərində yaradıcılıq ezamiyyətində olmuşdur. “Gülüstan”dan öncə” və “Zərrintac—Tahirə” romanları çap edilmişdir.
1998 “İşığa doğru” romanı nəşr olunmuşdur.
1999 - “Azərbaycan şerində xalq üslubu” (II cild) kitabı çapdan buraxılmışdır.
2000 - “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
2001 - “Bəla” povesti nəşr edilmişdir.
Əzizə Cəfərzadə 2003-ci il sentyabrin 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sdünyasını dəyişmişdir və vəsiyyətinə əsasən Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir

Yazıçı, nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadə-90 (Fotosessiya)

Yazıçı, nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadə-90 (Fotosessiya)

Yazıçı, nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadə-90 (Fotosessiya)

Yazıçı, nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi Əzizə Cəfərzadə-90 (Fotosessiya)

    27-12-2011, 11:24    Çap et